Tarix boyu ən çox satılmış avtomobillər - TOP 5 - FOTO

Hər hansı avtomobil şirkətinin istehsal etdiyi modellərin heç də hamısı bazarda ciddi rəğbət görmür. Bəzi modellər cidddi maraq doğurmadığından bazardan çıxır, bəziləri isə on illərlə konveyerdə qalır.
Avtosfer.az bəzi markaların ən çox satılan modellərini təqdim edir.
İlk yerdə 1966-cı ildən konveyerdə olan “Toyota Corolla” gəlir. Bu müddət ərzində dəfələrlə yenilənən “Corolla” 51 milyon ədəd satılıb.
İkinci yerdə “Ford”un 1948-ci ildən istehsal etdiyi F seriyasının pikapları glir. Əsas bazarı Şimali Amerika olan modellər 43 milyon ədəd satılıb.
Üçüncü yeri isə Avropa modeli tutur. “Volkswagen” konserninin 1974-cü ildən indiyədək istehsal etdiyi “Golf” artıq 35,5 milyon nəfəri cəlb edib.
Dördüncü yer yenə də Yaponiya avtomobil sənayesinə aiddir. “Honda Civic” 1972-ci ildən indiyədək 20 milyon nəfəri valeh edə bilib.
Beşinci yeri alman texnikası tamamlayır. “Opel Corsa” 1982-ci ildən indiyədək 18,6 milyon nəfərə satılıb.
Azərbaycanda hamıya tanış olan “VAZ-2105” seriyası (2104, 2107) isə siyahıda altıncı yeri tutur. 1980-2015-ci illərdə bu modellər 18 milyon ədəddən çox istehsal edilib. Bu hazırda istehsal modellər arasında istehsal sayına görə ilk onluğa düşmüş yeganə avtomobildir. Əslində real rəqəm daha çoxdur. Çünki Rusiyada 1990-2000-ci illərdə “əkiz avtomobil” istehsalı geniş yayılmışdı. Vergidən yayınmaq və daha çox qazanmaq üçün eyni ban nömrəli bir neçə avtomobil istehsal edilərək biri Rusiyaya, digəri isə xaricə satılırdı.
Vüqar Yaşaroğlu
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
















