“Tesla” Çin bazarında satdığı 285 min avtomobili geri çağırır

ABŞ-ın elektrik avtomobilləri üzrə iri şirkəti “Tesla” Çin bazarında satdığı 285 min avtomobili proqram təminatını yeniləmək üçün geri çağırmağa başlayıb.
Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası müvafiq araşdırma apardıqdan sonra şirkət qarşısında avtomobillərin proqram təminatının yenilənməsi tələbini qoyub. Bildirilir ki, həmin avtomobillərin köməkçi idarəetmə texnologiyasındakı qüsurlar qəzalara səbəb ola bilər.
Şirkət avtomobillərin proqram təminatı pulsuz yeniləyir. Geri çağırılan avtomobillər həm idxal edilən, həm də Çində istehsal olunan “Model 3” və “Model Y” nəqliyyat vasitələridir.
Qeyd edək ki, son aylar Çində “Tesla” avtomobillərinin ölümlə nəticələnən qəzalarından sonra istehlakçılar arasında həmin nəqliyyat vasitələrindən şikayət halları çoxalıb. Şirkət Çində çox populyar olan “Tesla” avtomobilləri ilə bağlı şikayətləri təhlil etmək üçün data mərkəzi açmağı planlaşdırır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










