"Togg" 2032-ci ilə qədər 1 milyon avtomobil istehsal edəcək

Togg 2032-ci ilə qədər 1 milyon avtomobil istehsal edəcək.
Bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır jurnalistlərə açıqlaması zamanı deyib.
"Togg 2032-ci ilə qədər 1 milyon avtomobil istehsal edəcək. İstehsal edilən avtomobillərin 97 faizi bazara çıxarılacaq. 1 571 stansiya qurulacaq və bütün şəhərlərarası yollarda enerji doldurma məntəqələri yaradılacaq. Togg ilin sonuna qədər 20 min avtomobili ilkin satışa çıxaracaq. 4-5 il ərzində isə avtomobil sayımızın 175 minə çatacağını proqnozlaşdırırıq",- deyə nazir qeyd edib.
Mehmet Fatih Kaçır bildirib ki, avtomobillərdə oturacaq tənzimlənməsindən tutmuş smart ekranlara qədər yüzlərlə çip istifadə edilir. Çip üzərində Qətərlə ortaq bir layihə həyata keçirəcəyik.
"Türkiyə çip sənayesində təcrübəlidir. Müdafiə sənayesindəki milli ağıllı sursatların fotodetektor çiplərini TÜBİTAK-da istehsal edirik, yəni SİHA-larda istifadə etdiyimiz ağıllı sursatların çiplərini hazırda TÜBİTAK-da Gebze kampusumuzda istehsal edirik. Bu təcrübə sayəsində indi Türkiyədə Qətərin təklifi ilə yeni bir addım atacağıq və bu dəfə 65 nanometrlik çiplərin istehsalına başlayacağıq",- deyə Türkiyənin Sənaye və Texnologiya naziri əlavə edib.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG, 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib. (milli.az)
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










