Türkiyə 7 ildə bir milyona yaxın "TOGG" istehsal etməyi planlaşdırır

Türkiyə 7 il ərzində 1 milyon TOGG elektrik avtomobili istehsal etməyi planlaşdırır.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Yeddi ildən sonra yollarda bir milyon TOGG elektrik avtomobili görəcəksiniz”, – deyə Ərdoğan yerli jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda elektromobillərə tələbat əhəmiyyətlidir. Ərdoğan TOGG-un alınması üçün vətəndaşlara xüsusi kreditlərin verilməsi məsələsini müzakirə etmək üçün dövlət banklarının nümayəndələri ilə görüş keçirəcəyini istisna etməyib.
Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan aprelin əvvəlində Türkiyə istehsalı olan ilk TOGG elektrik avtomobilinin ilk sahibləri olublar. Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə və Özbəkistan prezidenti Şavkat Mirziyoyevə elektromobillər hədiyyə edib.
Oktyabr ayında Türkiyə istehsalı olan ilk seriyalı elektrik avtomobili TOGG-un istehsalı zavodunun rəsmi açılış mərasimi baş tutub. Model iki versiyada istehsal olunacaq - sedan və SUV. (unikal)
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










