Türkiyə minik avtomobillərinin ixracını 8% artırıb

Bu ilin yanvar-iyul aylarında Türkiyədən minik avtomobillərinin ixracı 5,5 milyard dollar təşkil edib.
Avtosfer.az-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu barədə Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi məlumat yayıb.
Belə ki, bu ilin yeddi ayı ərzində Türkiyə 100-dən çox ölkəyə, muxtar və sərbəst bölgələrə avtomobil ixrac edib.
Türkiyə avtomobil sənayesi məhsullarının ümumi ixracının 33,7%-ni minik avtomobillərinin payı təşkil edir ki, bu da nəzərdən keçirilən dövrdə 16,37 mlrd. ABŞ dollarını üstələyir. 2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən minik avtomobillərinin satış həcmi 5,1 mlrd. dollar olduğu halda, bu ilin eyni dövründə bu rəqəm 8% artaraq 5,51 mlrd. dolları ötüb.
Türkiyə avtomobil məhsullarının ikinci əsas bazarı olan Fransa hesabat dövründə Türkiyədən minik avtomobillərinin aparıcı idxalçısı olub. Bu ölkəyə bu ilin yanvar-iyul aylarında satış həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 18,5% artaraq 829,8 mln. dollardan 983,6 mln. dollara yüksəlib.
İtaliya Türkiyədən minik avtomobilləri idxal edən ikinci ölkə olub. Bu ölkəyə keçən ilin yanvar-iyul aylarında satış həcmi 434,16 mln. dollar olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 24,4% artaraq 540,9 mln təşkil edib.
Almaniya, Türkiyədən minik avtomobilləri idxal edən üçüncü ölkə olub.
Fransa, İtaliya və Almaniyaya satışlar Türkiyənin ümumi minik avtomobili ixracatının 36,89%-ni təşkil edib.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











