"VAZ" və "Toyota" 2 min manatdan satışa çıxarılır - HƏRRAC

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi növbəti hərraclardan biri 8 oktyabr tarixində keçiriləcək. Komitədən Avtosfer.az-a verilən məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələrinin buraxılış illəri 2006 və 2007-ci illərdir. VAZ və Toyota markalarından olan bu avtomobillərin ilkin hərrac qiymətləri 2 min manat ilə 10 min manat arasındadır.
Hərraclarda elektronlaşma özəlləşdirməyə qoşulmaq istəyən şəxslərə onlayn seçim, sifariş və iştirak imkanları verir. Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu resurslardan seçim edərək qeydiyyatdan keçən şəxs dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilər. Hərrac günü hər kəs komitənin Elektron Xidmətlər Potalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.
Namiq
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










