“Volkswagen”in Azərbaycandakı reklamında qanunsuzluq aşkarlandı

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Volkswagen” markalı “Polo Sedan” və “Tiguan” modelli avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, həmin reklamlarda “Volkswagen” markalı “Polo Sedan” və “Tiguan” modelli avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan “Polo Sedan - gündəlik ehtiyaclarınızın ən ideal həlli” və “Tiguan - yolda və yolsuzluqda ən etibarlı dostunuz” məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub. Bununla əlaqədar həmin avtomobillərin satışını həyata keçirən “Euro Style LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Araşdırmalar davam etdirilir.
Fidan
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










