Xaçmazda kişi icarəyə götürdüyü maşını satdı

Avtomobildən oğurluq edən şəxsin dələduzluq etdiyi də üzə çıxıb. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 25-də Xaçmaz şəhərində şəhər sakini Elşad Əhmədova məxsus “VAZ-21011” markalı avtomobildən qohumu Elmin Kərimova məxsus 3000 manat və mobil telefon oğurlanıb. Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakini Xətai Əliyev tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalar zamanı X. Əliyevin cari il fevral ayının 15-də “055 Cars” şirkətinə məxsus “Opel” markalı avtomobili icarə əsasında 30 günlük götürməsi, lakin avtomobili geri qaytarmayaraq sənədlərini saxtalaşdırıb Xaçmaz şəhər sakini Fariz Ağayevə satdığı da müəyyənləşdirilib. Rayon polis şöbəsinə dəvət olunan F. Ağayev avtomobilin sənədlərini polisə təqdim edib.
Elmin
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO










