Xaricdən avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR - VİDEO

Xaricdən avtomobil almaq istəyənlər diqqətli olun. Çünkü fırıldaqçıların qurbanına çevirilə bilərsiz. Artıq bəzi şəxslər fırıldaqçılığın qurbanına çevirildiyini iddia edir.belə ki, bir neçə paytaxt sakini Amerikadan avtomobil alıb, amma həmin avtomobilər aylardır Azərbaycana gəlib çıxmayıb. Hətta bəzi avtomobillərin elə Gürcüstanda başqalarına satıldığı deyilir.
Aylar əvvəl alınan avtomobilləri hələ də Bakıya gəlib çıxmayıb.
Amerikadan avtomobil alan bu şəxslər aldadılıblar.Zərərçəkmişlər idda edirlər ki, Səid Əliyev adlı şəxs logistika şirkətlərindən sayılan ''Caucasus Auto İmport'' şirkətinin azərbaycandakı rəsmi dillerliyini həyata keçirir. Həmin şəxs zərərçəkmişləri aldadaraq küllü-miqdarda pullarını mənimsəyib. Səid Əliyev müştərilərdən nağd formasında aldığı daşıma pullarını sözügedən şirkətə ödəməyib. Nəticədə ''Caucasus Auto İmport'' şirkəti tərəfindən Gürcüstana qədər gətirilən avtomobillər daşınma haqları ödənmədiyi üçün elə aylardır oradaca qalıb.
Hətta bəzi iddialara görə, Səid Əliyev adına olan etibarnamələrdən sui-istifadə edərək bəzi avtomobilləri Gürcüstanda satıb
Məsələ ilə bağlı əvvəlcə səid əliyevlə əlaqə saxlamağa çalışsaq da gürcüstanda olduğu üçün bu mümkün olmadı. Daha sonra iddiaçıların adını səsləndirdiyi 'Caucasus Auto İmport'' şirkətinin Bakıdakı rəsmi ofisinə getdik. Oradan bildirildi ki, Səid Əliyev adlı şəxsə görə, onlar məsuliyyət daşımır. Çünkü zərərçəkənlər bu şirkətlə deyil, Səid Əliyevə məxsus şirkətlə müqavilə bağlayıblar.
Şirkətdən həmçinin bildirildi ki, rəsmi qaydada daşıma xərci ödənildikdən sonra həmin avtomobillər Azərbaycana gətirilə bilər.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










