Xaricdən avtomobil gətirilməsi ilə bağlı YENİ ÖDƏNİŞ – Maşın qiymətləri BAHALAŞACAQ?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Beləliklə də Azərbaycanda sahibsiz hesab edilən avtomobillərin utilizasiyaya verilməsinə dair qanun təsdiqləndi.
Qanuna əsasən, minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınacaq.
Belə ki, Məcəlləyə edilmiş dəyişikliklə "Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı" adlı yeni maddə (233-1-ci) əlavə olunub.
Dəyişikliklə gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.
Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Görəsən, sözügedən qanun avtomobillərin qiymətinə necə təsir edəcək?
Avtosfer.az xəbər verir ki, Bizim.Media-ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ramil Osmanovun fikrincə, utilizasiyanın ölkənin avtomobil bazarında qiymətlərə əhəmiyyətli təsiri olmayacaq: “Ölkədəki avtomobil parkının əksəriyyətinin köhnə, utilizasiyaya uyğun olan avtomobillər olduğunu nəzərə alsaq, həmin nəqliyyat vasitələrinin qiymətində ucuzlaşmanın baş verməsi gözləniləndir. Amma bütövlükdə atılan addımın avtomobil bazarındakı qiymətlərə ciddi təsir edəcəyini düşünmürəm.
Nəzərə almaq lazımdır ki, Azərbaycan avtomobil parkının son illər yenilənməsi tendensiyası müşahidə olunmaqdadır. Eyni zamanda, dünyada qəbul olunan ekoloji standartların Azərbaycanda təsdiqi ölkəmizdə hibrid və elektromobillərə marağı artırıb. Bu səbəbdən hesab edirəm ki, utilizasiyanın ölkənin avtomobil bazarında qiymətlərə əhəmiyyətli təsiri olmayacaq”.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










