Banner

Xaricdən gətirilən avtomobillər bahalaşıb - Qiymətlər

Avtobazar 17 İyun 2024 22:57 Oxunub 2200
Xaricdən gətirilən avtomobillər bahalaşıb - Qiymətlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2024-cü ilin ilk 5 ayında Azərbaycana xaricdən gətirilən minik avtomobillərinin qiyməti artıb.

Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə xaricdən ölkəyə ümumi dəyəri 567 milyon 602 min dollar olan 31 954 ədəd minik avtomobili gətirilib. Bir avtomobilin orta qiyməti 17,8 min dollar olub.

Ötən illə müqayisədə avtomobillərin qiyməti artıb. Belə ki, ötən ilin eyni dövründə xaricdən Azərbaycana ümumi dəyəri 549 milyon 138 min dollar olan 37 394 ədəd minik avtomobili gətirilmiş və onların orta qiyməti 14,7 min dollar olmuşdu.

Yəni hər avtomobil orta hesbala 3,1 dollar və ya 21% bahalaşıb.

2024-cü ildə xaricdən gətirilən hibrid maşınların orta qiyməti 30,8 min dollar, elektrik maşınlarının qiyməti isə 42,8 min dollar olub.

Müqayisə üçün bildirək ki 2023-cü ilin eyni dövründə ölkəyə gətirilən hibridlərin orta qiyməti 21,3 min dollar, elektrik maşınlarının qiyməti isə 42,3 min dollar olmuşdu.

Ənənəvi, yəni daxili yanma mühərriki ilə işləyən (benzin-dizel) avtomobillərinin orta qiyməti isə demək olar dəyişməyib. Bu ilin ilk 5 ayında xaricdən Azərbaycana gətirilən ənənəvi avtomobillərin orta qiyməti 12 646 dollar olub – ümumi qiyməti 300,7 milyon dollar olan 23 781  avtomobil gətirilib. Ötən il isə həmin dövrdə xaricdən 389,2 milyon dollarlıq 30 698 maşın gətirilmişdi – orta qiymət 12 677 dollar olub.

Mənbə: Fed.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh