Xaricdən gətirilən işlənmiş avtomobillərə yeni VERGİ... - VİDEO

Azərbaycana idxal ediləcək köhnə avtomobillər üçün 400-700 manat utilizasiya haqqı nəzərdə tutulur.
Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı "Tullantılar Haqqında" qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.
Millət vəkili Vüqar Bayramov bildirib ki, avtomobillərin qiyməti utilizasiya haqqına görə bahalaşa bilər. Bu səbəbdən də tutulacaq məbləğin azaldılması müzakirə olunur.
“İstehsalat və məişət tullantıları haqqında” qanuna yeni əlavə edilən 14-7-ci maddəyə əsasən Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən və sahibi tərəfindən imtina edilmiş avtomobillər də utilizasiyaya veriləcək.
Qeyd edək ki, ümumilikdə utlizasiya prosesi könüllü olacaq. Utilizasiyaya verilən avtomobilin sahibinə yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsini satın alması üçün güzəşt tətbiq olunacaq və ya güzəştin əvəzinə daha az həcmdə birdəfəlik ödəniş veriləcək.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










