Banner

Yarış avtomobilləri hərraca çıxarılır - FOTO

Avtobazar 21 Aprel 2024 10:00 Oxunub 794
Yarış avtomobilləri hərraca çıxarılır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bazar günü Gerald Bünyonun kolleksiyası Paris yaxınlığındakı Fontenblonun “Osenat” hərrac evi tərəfindən satışa çıxarılır. Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, bu avtomobillərlə yanaşı, “Stellantis”ə məxsus zəngin İtalyan avtomobil markası olan “Alfa Romeo” ilə əlaqəli avtomobil modelləri, rəsmlər, plakatlar, diorama, üslub təsvirləri və digər əşyalar da lotlar üzrə təqdim olunacaq.

Avtomobil kolleksiyasına ən parlaq yarış modellərindən aşağıdakılar daxildir: 1958-ci ilə aid “ALFA ROMEO GIULIETTA TI TYPE 753” - “Tour de France”, “Mille Miglia”, “Monte Carlo” və digər yarışların məşhur yarış avtomobili, 20 mart 1966-cı ildə Monzada debüt edən Andrea De Adamiç və Teodoro Dzekkolinin dörd saatlıq “Jolly Club” yarışında qalib gəldiyi 1965-ci ilə aid “Alfa Romeo Giulia Sprint GTA”, sahibi məşhur portuqaliyalı yarış sürücüsü Manuel Nogueira Pintonun olduğu və “Bertone” markasına aid “Alfa Romeo Giulietta Sprint Speciale 750 SS Muso Basso 1959”, 1962-ci ilə aid “ALFA ROMEO GIULIETTA SPRINT ZAGATO Coda Tonda”, 1963-cü ilə aid “Alfa Romeo SZ Coda Tronca”, 1964-cü ilə aid “ALFA ROMEO GUILIA TZ”.

Hərrac evinin sahibi Jan-Pyer Osenat bu hərracı həyatının ən görkəmli satışlarından biri adlandırıb. “Kolleksiyaçı nə pulunu, nə də bu işə olan böyük həvəsini əsirgəməyib. O, dünyada “Alfa Romeo” markasına aid ən yaxşı avtomobilləri almağa çalışıb. Bunlar yalnız yarış üçün nəzərdə tutulmuş avtomobillərdir. O, nadir tapılan ən maraqlı modelləri öz kolleksiyasına toplayıb”.

Fransız-İsveçrə ailəsinə məxsus kolleksiyaya “Alfa Romeo Tipo 33/2 Daytona 1969” yarış modeli daxildir və dəyəri 2,5 milyon avro (2,66 milyon dollar) məbləğində qiymətləndirilir. Qırmızı yarış avtomobili müharibədən sonra “Alfa Romeo”nun beynəlxalq avtomobil yarışlarına qayıtmasını simvolizə edib.

Digər modellər arasında 450 min avro dəyərində qiymətləndirilən “Pininfarina”ya aid olan “Alfa Romeo Giulietta Spider” avtomobili var.

“Kolleksiyaçı hər kəsin xəyal etdiyi modelləri toplayıb”, - Jan-Pyer Osenat əlavə edib.

Hərracda, səkkiz avtomobildən savayı, “Alfa Romeo - 1965 ANGELO MOLİNARİ Class R2 1500” mühərrikli tək oturacaqlı yarış gəmisi, Mişel Baronun 1973-cü ildə dünya kubokunu qazanmasına imkan verən qayıq nümayiş olunur.

“Osenat” hərrac evindəki satış Parisin cənubundakı Fontenbloda və hərrac evinin ABŞ və Yaponiyadan olan kolleksiyaçıların diqqətini cəlb edəcəyi onlayn formatda keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh