Yeni nəsil “Mercedes-Benz CLA” tezliklə Azərbaycanda olacaq - FOTOLAR

Mercedes-Benz CLA-nın dördqapılı kupesi daha da idmansayağı oldu. Avtomobili almaq üçün əvvəlcədən sifarişlər 2019-cu ilin yazında qəbul olunmağa başlayacaq. İkinci nəsil Mercedes-Benz CLA Las Veqasda keçirilmiş İstehlakçı Texnologiyası Sərgisində (Consumer Electronics Show) nümayiş olunmuşdur. Avtomobilin dünyaya tanıdılması üçün məhz bu yerin seçilməsi təsadüfi deyil. Avtomobil yeni texnologiyaların tətbiq olunduğu unikal MBUX məlumat-əyləncə sistemi ilə təchiz edilib. Məhz bu cəhət avtomobilin bazarda təşviqi üçün əsas olmalıdır. Görünür, nəqliyyat vasitələrinin yeni qavrayış forması dövrü yaxınlaşır. Hər bir halda, şirklətin marketoloqları avtomobilə fərqli baxış bucağından baxan yeni istehlakçı qrupunu müəyyənləşdiriblər.
Avtomobilləri onların mühərrikləri, qutuları və aparatlarına görə qiymətləndirməyə alışmış istehlakçıları yeni nəsil Mercedes-Benz CLA məyus etməyəcək. Belə ki, avtomobilin bütün ənənəvi üstünlükləri saxlanılıb.
Mercedes-Benz-in Azərbaycandakı baş nümayəndəliyi “Avtokapital-Azərbaycan” şirkətinin satış üzrə direktoru Rauf Şahverdiyevin sözlərinə görə, avtomobili almaq üçün əvvəlcədən sifarişlər 2019-cu ilin yazında qəbul olunmağa başlayacaq.
Sifarişlər aşağıdaki ünvanlarda qəbul ediləcək:
Autostar Kaukasus
Tel.: +994 12 496 50 50 / +99412 976
Abşeron Avtomobil Mərkəzi
Tel.: + 994 12 347 78 00
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur















