123 yaşlı rekordçu elektromobili - Həmişə narazı - FOTOLAR

Avtomobilin meydana çıxdığı dövrdən bu günə qədər istehsalçılar arasında gedən gizli və açıq rəqabət nəticəsində müxtəlif rekordlar da meydana çıxır. Məsələn, ən sürətli avtomobil, ən kiçik/böyük avtomobil, ən etibarlı hərbi avtomobil, hər hansı yeniliyi ilk dəfə tətbiq edən avtomobil istehsalçısı və sair. Ginnes rekordlar kitabı belə nəticələrlə doludur.
Avtosfer.az-ın xəbərinə görə 100 km/saat sürət limitini aşaraq rekord əldə etmək ilk dəfə “Jamais Contente”a (Jame Kontant) nəsib olub. Dəyişməyən bu rekord 29 aprel 1899-cu ildə əldə edilib. Belçika əsilli mühəndis Kamil Jenatzinin hazırladığı elektromobil Fransadakı sınaqlar zamanı 105,8 km/saat nəticə ilə adını tarixə yazdırıb.
İdeya
Jenatzinin atası həmin dövrün məşhur təkər istehsalçılarından idi. Parisin ən məşhur faytonları məhz bu iş adamının istehsal etdiyi təkərləri alırdılar. Atasının müəssisəsində mühəndis işləyən Kamil at dartqısını daha səmərəli vasitə ildə əvəzləmək üçün işə girişir. İxtisasca elektrik olan Kamil istəyinə nail olur. O, faytonun arxa oxuna 2 ədəd 50 kilovattlıq (70 a.q.) mühərrik yerləşdirir. 1500 kiloqram kütləsi olan bu modelin çəkisinin yarıdan çoxunu akkumulyatorlar təşkil edirdi. Güc mühərriklərdən arxa təkərlə birbaşa ötürülürdü. Elektromobilin aerodinamikasını yaxşılaşdırmaq üçün onun üst hissəsi torpedo şəklində düzəldilir.
1899-cu il 29 apreldə sınaq zamanı 105,8 km/saat nəticə əldə edildi. Beləliklə, həmin ilin mart ayında mühəndis Qaston Lobanın əldə etdiyi 93 km/saat sürət rekordu təzələnmiş oldu. Maraqlıdır ki, Lobanın avtomobili də elektriklə hərəkətə gətirilirdi. 13 aprel 1902-ci ilədək bütün sürət rekordları elektromobillərə nəsib olub. Yalnız 5 noyabr 1902-ci ildən daxili yanma mühərrikləri təşəbbüsü ələ alıb. Qarışıqlığa yol verməməküçün bu barədə ayrı məqalə olacaq.
Tərcümə problemi
Xüsusi adlar bir qayda olaraq tərcümə olunmasa da, deməliyik ki, “Jamais Contente” ifadəsi Azərbaycan dilində “həmişə narazı” mənasını verir.
Maraqlıdır ki, bu gün də elektromobilin üstünlüyündən danışanlar vaxtaşırı “Jamais Contente”ın adını çəkirlər.
Olmuş əhvalat
Bu avtomobil hazırda Fransanın Milli Avtomobil Muzeyində sərgilənir. Bir neçə il əvvəl bu muzeydə avtomobilin şəklini çəkərkən qonşu ölkələrdən birinin vətəndaşlarının öz aralarında söhbətinin şahidi oldum. Avtomobili diqqətlə izləyən bir orta yaşlı kişi yanındakı şəxsə dedi ki: “.... Bu qədər misi lom kimi satsan da əməlli pul olar”.
PS. Etik çərçivədən çıxmamaq üçün məşhur rus ifadəsinin yerinə 3 nöqtə qoydum.
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ













