2020-ci ilin ən yaxşı Bespoke işləri: "ROLLS-ROYCE" - FOTO

“Bespoke bölməsi 2020-ci ildə yeni yüksəkliklərə çatdı və misilsiz çağırışlar və ilin məhdudiyyətləri bu nailiyyətləri daha da təsirli edir. Əvvəllər heç vaxt hər bir sifariş edilmiş avtomobildə bu cür fərdiləşmə səviyyəsini görməmişik. Bu onu göstərir ki, Rolls-Royce müştəriləri bu çətin dövrdə yaradıcılıqda sakitlik axtararaq, vaxtın yoxlanmasına tab gətirən və onların ailə irsinin bir hissəsinə çevrilən əhəmiyyətli dəbdəbə əşyaları yaradıblar. Qürurla demək olar ki, sənayemizin geniş ixtisarlarla üzləşdiyi bir vaxtda biz hər bir iş yerini qorumaq üçün mübarizə aparırdıq. İstedada şüurlu yanaşdıq və markamızın gələcəyinin açarı olan Rolls-Royce-da ortaya çıxan sənətkarlıq və dəyərli bacarıqlarımızı qoruduq.” - Torsten Müller-Ötvös, Rolls-Royce Motor Cars şirkətinin icraçı direktoru.
2020-ci il ərzində Rolls-Royce Bespoke mühəndisləri, dizaynerləri və ustaları, İngiltərənin Qudvud şəhərində Rolls-Royce vətənində çalışan mühəndislər müştərilərin fantaziyalarını həyata keçirməkdə davam edirdilər. Onlar ifaçılıq, əl işinin incəliyi və yaradıcılıq miqyaslı qeyri-adi kolleksioner avtomobillər sırasını təqdim ediblər. 2020-ci ildə, demək olar ki, hər bir Rolls-Royce avtomobili Bespoke bölməsinin iştirakı ilə istehsal olunub ki, bu da bu çətin vaxtın mürəkkəbliyi və çağırışları şəraitində xüsusilə təsirli nəticədir. 2020-ci ildə Bespoke proqramı üzrə sifarişlərin ümumi artımı müşahidə edilmişdir, bununla yanaşı, fərdi dizayn elementlərinin emosional və simvolik əhəmiyyətə malik sifarişləri mühüm dərəcədə artmışdır.
Sizə Bespoke 2020-ci ilin ən parlaq işlərini təqdim edirik.
DUSK IN TOKIO KOLLEKSİYASI ("TOKİO QÜRUBU”)
MODEL: PHANTOM, WRAITH, DAWN, CULLINAN
İCRA: BOYA

Phantom, Wraith, Dawn və Cullinan modellərinin daxil olduğu "Tokio qürubu" kolleksiyası Yaponiyanın paytaxtına həsr olunub. "Tokio qürubu" adlandırılan mürəkkəb, çoxölçülü ağ boya meqapolisin hündür binalarına işarə edir.

Salondakı qara dərinin birləşməsi və Bespoke audio sisteminin dinamikləri və Phantom ön panelindəki saat gövdəsi ilə örtülmüş çəhrayı qızıllar, daxil olan günəşin son şüalarının və çox mərtəbəli binaları tərk edən kölgələrin kontrastını ifadə edir.
Yaponiyada ilk dəfə çəhrayı qızılla variasiyada təqdim olunan "ekstaz ruhu" heykəlciyi günəşin qürubunu simvollaşdırır.

"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










