2025-ci ilə qədər 16 ultra lüks avtomobil təqdim ediləcək

Digər texnoloji sahələrlə yanaşı, avtomobil sənayesi də istehsal və dizaynda bir çox yeniliklər edir. Burada elektrikli nəqliyyat vasitələri və futuristik dizayn xüsusilə önə çıxır. Məsələn, bu ildən bir çox göz oxşayan yeni avtomobil modellərinin təqdim olunmasına başlanıb.
2025-ci ilədək istehsal olunacaq yeni nəsil avtomobil modellərinə nəzər salaq:
Elektrikli mühərriki olan Apple iCar qiyməti təxmini 55 min dollardır. Batareya həcmi və gediş məsafəsi isə hələlik bəlli deyil.
Alfa Romeo GTV modeli hibrid mühərrikə sahibdir.
Gediş məsafəsi 49 km olan modelin qiyməti təxmini 50 min dollardır. Batareya həcmi isə bilinmir.
Audi e-tron GT-nin batareya gücü 93 kWh, gediş məsafəsi 402 km, qiyməti isə 100-130 min dollar civarındadır.
Cadillac CT5-V Blackwing benzin mühərriki ilə çalışır.
Qiyməti isə 85 min dollardır.
Jaguar XJ Electric-in batareya gücü 90 kWh, gediş məsafəsi 482 km, qiyməti isə 100 min dollardır.
Maserati MC20 də benzinli mühərrik tipi ilə çalışır.
Qiyməti təxmini 195 min dollardır.
Chevrolet Corvette Z06 2022-ci ildə təqdim olunacaq. Benzinli mühərriklə çalışan modelin qiyməti 85 min dollardır.
Benzinli mühərriklə sahib modellərdən biri də Ferrari Purosangue SUV-dur. Onun təxmini qiyməti 350 min dollardır.
GMC Hummer EV-in batareya həcmi hələlik açıqlanmayıb. Gediş məsafəsi 565 km, qiyməti isə 80 min dollardır.
Lexus LQ-nin mühərrik növü hibriddir. Qiyməti isə 80 min dollardır.
Nissan 400Z benzin mühərriki ilə çalışır. Qiyməti 45-55 min dollardır.
Porsche 718 Cayman GT4 RS də benzin mühərriki ilə təchiz olunub. Qiyməti 130 min dollardır.
Hyundai RM20 N 2023-cü ildə təqdim ediləcək. Qiyməti isə 40-50 min dollardır.
Aston Martin Vanquish-in mühərrik növü hibriddir.
Batareya həcmi və gediş məsafəsi hələlik açıqlanmayıb. Qiyməti isə 300 min dollardır.
BMW i8 M modeli də hibrid mühərrikə sahibdir. Batareya gücü 12 kWh, gediş məsafəsi 100 km, qiyməti isə 160.000-180.000 dollardır.
Toyota MR2-nin hansı növ mühərrikə sahib olacağı bəlli olmasa da, qiyməti 45 min dollardır.
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











