62 illik Mercedes-Benz kabrioleti hərraca çıxarılıb - FOTO

Bring a Trailer hərracında 1952-ci ilin qara rəngli Mercedes-Benz 220 Cabriolet A modeli satışa çıxarılıb. Ömrü boyu demək olar ki, bir şəxsə məxsus olmuş nadir modelə təklif 64.500 dollara çatıb.
Mercedes-Benz 220 Cabriolet A modeli 1951-ci ilin aprelində Frankfurtda keçirilən ilk Beynəlxalq Avtomobil Sərgisində debüt edib. Dörd il ərzində şirkət 1300 ədədə yaxın kabriolet istehsal edib. Bu kabrioletin əsas xüsusiyyəti ön qanadlara inteqrasiya endirilmiş fənərlər və hərəkət istiqamətinin əksinə açılan qapılardır. Cabriolet A qohum Cabriolet B modelindən hamar kuzov xətləri və daha geniş salonu ilə seçilir.
Satışa çıxarılan nüsxə 1952-ci ildə buraxılıb. Buraxıldıqdan 7 il sonra, kabriolet bu günə qədər avtomobilə sahib olan şəxs tərəfindən əldə edilib. 62 illik istismar müddətində avtomobil 49.000 kilometr yol qət edib. Təmir izləri olan bir neçə detal və çatlamış qatlanan yumşaq dam istisna olmaqla, avtomobil yaxşı qorunub-saxlanılıb. Kabrioletin bütün aqreqatları yaxşı vəziyyətdədir.
Avtomobilin salonu qəhvəyi dəri və təbii ağacla bəzədilib. Kabrioletin təchizatına radioqəbuledici və firma çamadan dəsti daxildir. Raritetin kapotunun altında, dörd pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan 80 at qüvvəli 2,2-litrlik sıralı altısilindrli mühərrik yerləşir. (Autograph)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO

























