ABŞ-da istifadə olunan Türkiyə istehsalı mikroavtobuslar

Türkiyə elektromobillərdə işlədilən batareya və akkumulyator paketlərini özü istehsal edir. Gələcəkdə isə Amerika Birləşmiş Ştatlarına ixrac gözlənilir.
Avtosfer.az ted.az-a istinadən bildirir ki, bu barədə Sabancı Holding və TEMSA İdarə heyətinin rəhbəri Cevdet Alemdar məlumat yayıb.
Məlumatda bildirilib ki, hazırda TEMSA-nın Adanadakı müəssisələri elektromobillərdə istifadə etdiyi batareya və akkumulyator paketlərini özü hazırlayır. Bu akkumulyator paketləri son bir ayda xaricə ixrac olunan elektrikli vasitələr üçün nəzərdə tutulur.
Bildirilib ki, TEMSA son ayda ilk elektromobil ixracını İsveçə edib. Bununla yanaşı, vurğulanıb ki, dünyanın ən böyük texnoloji şirkətləri ABŞ-da TEMSA markalı mikroavtobuslardan istifadə edir. Hazırda onun elektrikli versiyası üzərində işlər davam edir. TS45 ABŞ-da ən çox satılan modeldir. Sözügedən modelin prototipi hazırda Kaliforniyada sınaqdan keçirilir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












