"Acura Integra" modelinin interyer şəkilləri peyda olub
Keçən həftəsonu “Daytonanın 24 saatı” marafonunun 60-cı yubiley yarışı keçirilib. Yarışda 60 nömrəli Acura ARX-05 avtomobilinin Helio Kastroneveşin başçılıq etdiyi heyəti qalib gəlib. Bu xəbərin avtoidman bölümünə aid olduğunu və casus şəkilləri ilə heç bir əlaqəsinin olmadığını deyə bilərsiniz. İş ondadır ki, marafon yarışı zamanı Acura Integra modelinin seriyaöncəsi prototipi də nümayiş etdirilib.
Acura Integra modelinin konseptual versiyası keçən ilin noyabrında nümayiş etdirilmişdi, lakin o zaman bizə interyerə nəzər salmağa imkan verməyən qaraldılmış şüşələri olan prototipi göstərmişdilər. Əslində, avtomobilin interyerinin də, eksteryeri kimi Honda Civic modelindən götürüldüyünü ehtimal etmək olardı. Belə də alınıb...
Şəkillərin birində interyer detallarının qalın örtüyün altında gizlədildiyi görürük. Lakin növbəti şəkildə örtük yığışdırılır və qarşımızada Honda Civic, özü də “qaynar” Civic Si modelinin tanmış interyeri canlanır, amma bir fərqlə - burada ön panelin boyunca uzanan və şanvari naxışı olan dekorativ zolaq yoxdur. Qalan hər şey isə eynidir.
Çoxfunksiyalı sükan və məlumat-əyləncə kompleksinin “süzən” ekranı da Honda modelindəkindən fərqlənmir. Mexaniki transmissiyanın dəstəyi bir az qısa görünür, ön oturacaqlar isə daha çox rahatlığa kökləniblər və dəri örtüyə malikdirlər.
Seriyaöncəsi prototip LED işıq texnikası və 19-düymlük təkər diskləri ilə təchiz edilir. Acura Integra modelinin kapotunun altında “qaynar” Honda Civic Si modelindən götürülmüş 200 at qüvvəli 1,5-litrlik turbomühərrik yerləşdirilib. Bundan başqa, Integra yüksək məhsuldarlıqlı Brembo əyləc mexanizmlərini və yüksək sürtünməli differensialı da əldə edib.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












