Aİ-də yeni avtomobillərin satışı tarixi minimuma düşüb

Bu ilin yanvar ayında Avropa İttifaqı (Aİ) ölkələrində yeni minik avtomobillərinin satışı illik müqayisədə 6% azalaraq 682,6 minə düşüb ki, bu da tarixi minimum hesab olunur.
Bu barədə Avtosfer.az Avropa Avtomobil İstehsalçıları Assosiasiyasına (ACEA) istinadən xəbər verir.
Qeyd olunur ki, İtaliyada satışlar 19,7%, Fransada 18,6% azalıb, Almaniyada 8,5%, İspaniyada isə 1% artıb.
Assosiasiyanın məlumatına görə, yanvarda Aİ-də satışlar ən çox "Volvo" (22,3%) və "Nissan"da (22,2%) qeydə alınıb. "Volkswagen"in satışları 7%, "Stellantis"in (keçmiş "Fiat" və PSA) – 15,1%, "Renault Groupe"un – 3,5%, BMW-nin isə 9,2% azalıb.
Eyni zamanda, "Hyundai" və "Kia"nın daxil olduğu "Hyundai Group" satışlarını 28,7%, "Toyota" – 9,7%, "Mazda" – 17%, "Honda" – 10,7%, "Mitsubishi" isə 1,9% artırıb.
"Mercedes-Benz" üzrə satışlar 13,8%, "Ford"da 18,6%, "Jaguar Land Rover Group"da isə 16,3% azalıb.
APA
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












