Reklam

"Alfa Romeo Tonale" krossoveri debüt edib

Avtodünya 10 Fevral 2022 17:47 Oxunub 1656
"Alfa Romeo Tonale" krossoveri debüt edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Alfa Romeo markası pərəstişkarlarını əsl yeniliklər ilə tez-tez sevindirmir: sonuncu yenilik altı ilə əvvəl debüt edən Stelvio krossoveri olub. Buna görə də, yeni Alfa Romeo Tonale krossoverini həqiqətən də çoxdan gözlənilən yenilik hesab etmək olar.

Üstəlik, onun konsepti 2019-cu ildə nümayiş etdirilib və o vaxtdan bəri seriya versiyanın təqdimatı bir neçə dəfə təxirə salınıb - əvvəlcə Stellantis konserni rəhbərliyinin krossoverin xarakteristikalarını yaxşılaşdırılması tələbi, sonra da istehsalın təşkilinə mane olan mikroçiplərin qıtlığı buna səbəb olub.

İndi bütün çətinliklər arxadadır və Tonale krossoverinin seriya variantı qarşımızdadır. İtalyan istehsalçısı adlandırma prinsipinə riayət edib: Tonale Alp dağlarındakı Stelvio aşırımının yaxınlığında yerləşən keçidin adıdır.

Sevindirici haldır ki, əmtəə variantı məcburi təhriflərlə də olsa, konsept-karın üslubunu qoruyub saxlayıb (məsələn, kuzovun çıxışları daha böyük olub). Üçbölməli fənərlərin firma “dimdiyinə” birləşdirilmiş qaşqabaqlı baxışı Alfa Romeo SZ və Brera idman avtomobillərinə istinaddır. Köhnə analoq telefonlarının diski üslubunda dizayna malik olan təkər diskləriin 60-cı illərdə icad edilməsinə baxmayaraq, onları yalnız top versiyalarda quraşdırlacaqdırlar.

Yeni krossover Alfa Romeo markasının model xəttində Giulietta hetçbekini əvəzləyərək (onun istehsalı 2020-ci ildə dayandırılıb), ən əlçatan və kütləvi modelə çevriləcəkdir. Alfa Romeo Tonale modeli Audi Q3, BMW X1 və Volvo XC40 krossoverlərinin sinif yoldaşıdır: onun uzunluğu 4528 millimetr, eni - 1835 millimetr, hündürlüyü isə 1604 millimetrdir.

Krossoverin əsasını köndələn yerləşən mühərriki və ön ötürməsi olan Fiat FCA Small Wide platforması təşkil edir. Yəni Tonale Jeep Compass krossoverinin ən yaxın qohumudur: hətta onların təkər bazası demək olar ki, eynidir - Tonale modelinin oxları arasındakı məsafə 2636 millimetrdir.

Asqı yalnız yaylı ola bilər (“dairə” üzrə McPherson dayaqları). Standart olaraq amplitudadan asılı olan Koni amortizatorları quraşdırılır, lakin əlavə ödəniş qarşılığında adaptiv amortizatorlar da təklif olunur. Təkər disklərinin diametri 17 ilə 20 düym arasında dəyişir.

Tərtibatçılar Tonale modelinin sinifdə “ən iti” sükana malik olduğunu bildirirlər: sükan mexanizmin ötürmə nisbəti 13,6:1-dir. Tonale modelinin əyləc sistemi yenidir və “naqillərlə” işləyir. Bununla yanaşı, dördporşenli mexanizmləri olan Brembo ön əyləclərini sifariş etmək olar.

İnteryerdə də üç il bundan öncə nümayiş etdirilmiş konsept avtomobilinin ruhu saxlanılıb. Firma “quyuları” 12,3-düymlük virtual cihazlar panelini gizlədir, lakin Heritage rejimində ekranda klassik şkalalar göstərilir. Eyni zamanda, Evolved və Relax rejimləri də mövcuddur.

Mühərriki işə salma düyməsi sükan çarxında yerləşir və hərəkət elektronikasının rejimlərinə cavabdeh olan DNT sisteminin fırlanan selektoru mərkəzi konsolun küncündə yerləşdirilib. Uconnect 5 mediasistemi 10,25-düymlük ekrana, “hava” vasitəsilə məsafədən yenilənmə funksiyasına, habelə Apple CarPlay və Android Auto interfeyslərinin simsiz dəstəyinə malikdir.

Tonale üçün mexaniki ötürmələr qutusu nəzərdə tutulmasa da, geniş çeşiddə güc aqreqatları hazırlanıb. Ən sadə versiyada 130 at qüvvəli 1,6-litrlik turbodizel, altı pilləli iki muftalı “robot” və ön ötürmə var, lakin belə “Alfalar” yalnız bəzi Avropa ölkələrində satılacaqlar. İtalyan markasının tarixindəki  ilk hibridlər isə daha kütləvi olacaqlar - onlar texniki cəhətdən bu yaxınlarda təqdim olunmuş Jeep e-Hybrid modelləri ilə unifikasiya ediliblər.

Hibrid versiyanın kapotu altında GSE (Qlobal Kiçik Mühərrik) modul ailəsinə məxsus olan və Miller qənaət dövrü ilə işləyən yeni 1,5-litrlik benzin “turbodördlüyü” yerləşir. Mühərrik 350 bar təzyiqi ilə birbaşa püskürtməyə, 12,5:1 sıxılma nisbətinə, turboüfürməyə və kəmərlə idarə olunan starter-generatora malikdir. İlkin versiya 130 at qüvvəsi hasil edir, lakin bu aqreqatın istiqamətləndirici aparatın dəyişən geometriyası olan daha mürəkkəb turbokompressorla təchiz edilmiş 160 at qüvvəli variantı da var.

Belə hibridlər, əlavə 20 at qüvvəsi və 55 Nm təmin edən 48-voltluq elektrik mühərriki quraşdırılmış qoşa muftalı yeddi pilləli “robot” ilə tandemdə çalışırlar. Elektromotor hərəkətə başlayanda və aşağı sürətlərdə daha effektivdir, buna görə də, Tonale park edərkən və ya sürünən tıxacda hərəkət zamanı yalnız elektrik ötürməsindən yararlana bilər. Lakin sürətin artması ilə daxili yanma mühərriki mütləq qoşulacaqdır. Dartma batareyası haqqında hələ ki, məlumat yoxdur. Hibridlər yalnız elektronidarələnən differensial kilidi olan ön ötürmə ilə təchiz edilirlər.

Amerikan bazarı üçün, Alfa Romeo Tonale krossoverinin 256 at qüvvəli 2,0-litrlik “turbodördlüyü”, doqquz pilləli ZF “avtomatı” və Q4 tam ötürməsi (arxa oxdakı muftası olan) olan modifikasiyası nəzərdə tutulub.

Qlobal çeşidin zirvəsində isə, texniki hissəni Jeep Compass 4xe modeli ilə paylaşan Tonale PHEV qoşulan hibridi durur. Ön təkərləri klassik altı pilləli “avtomat” ilə tandemdə çalışan 1,3-litrlik MultiAir benzin turbomühərriki (GSE seriyasından olan), arxa təkərləri isə ayrıca 122 at qüvvəli elektrik mühərriki hərəkətə gətirir. Ən maraqlısı odur ki, istehsalçı belə tam ötürməni də Q4 adlandırır. Hibrid sistemin ümumi hasilatı 275 at qüvvəsidir.

Dartma akkumulyator blokları mərkəzi tuneldə və arxa divanın altında yerləşir, onların ümumi tutumu 15,5 kilovat-saat (Jeep üçün 11,4 kilovat-saat) təşkil edir. Plagin hibridin sırf elektrik ötürməsi ilə (yəni arxa ötürməli rejimdə) qarışıq dövrdə 60 kilometrə qədər məsafə qət edə bilər. Batareyanı terminaldan doldurmağa 2,5 saat gərəkdir. Tamötürməli hibrid 100 km/saat həddini 6,2 saniyəyə toplayır.

Alfa Romeo Tonale krossoveri italyan markası üçün tarixi sayılan Super və Ti (Turismo internazionale) indeksləri ilə adlandırılmış iki təchizat səviyyəsində təklif ediləcəkdir. Bundan başqa, Sprint və Veloce kimi tanış adları olan opsional paketlər də mövcuddur.

Bütün versiyalar yalnız təchizat səviyyəsi ilə deyil, həm də tematik dekoru ilə də fərqlənirlər. Seçimlər arasında matrisa faənərləri və ikinci səviyyəli avtopilot, yəni zolaq saxlama funksiyası olan adaptiv kruiz-kontrol da var. Digər elektron köməkçilər də nəzərdə tutulub, ön oturacaqların havalandırması və avtoparklayıcı da var, lakin panoram dam nə firma şəkillərində, nə də təqdimat materiallarında görünmür.

Tonale krossoverini İtaliyada, əvvəllər bir çox Alfa Romeo modellərinin buraxıldığı Pomigliano d'Arco zavodunda istehsal edəcəklər. Yeni krossoverin Avropadakı satışlarına gələn payızda, Amerikada isə yalnız 2023-cü ilin əvvəlində start veriləcəkdir. Çox güman ki, Tonale modelinin Azərbaycandakı satışları Avropadakı satışlar ilə birlikdə başlanacaqdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh