Almanlar benzin mühərrikə qayıdırlar

2024-cü il Almaniyanın avtomobil sektoru üçün çox da asan olmayıb. Səbəblər də məlumdur. Avropada ümumi tənəzzül, elektromobil satışlarının azalması və Çinlə rəqabətdəki çətinliklər alman avtomobil istehsalçılarına ciddi ziyan vurur. Eyni vəziyyətin bu il də davam etməsi gözlənilir.
Avtosfer.az xəbər verir ki, 2024-cü ildə Avropanın ən böyük avtomobil bazarı hesab edilən Almaniyada satışlar ciddi şəkildə aşağı düşüb. Bu geriləmə digər sektorlarda baş verən geriləmələrlə paralel şəkildə gedir.
Almaniya Federal Avtomobil Agentliyi KBA-nın statistikasına görə, ötən il ölkədə 381 min ədəd elektromobil satılıb. Bu da ilik əsasda 27,4 faiz geriləmə deməkdir. Səbəb inflyasiyanın uzunmüddətli təsiri və elektromobil alışı üçün dotasiyanın kəskin şəkildə dayandırılmasıdır. 2023-cü ildə elektromobillərin bazar payı 19 faiz olduğu halda, ötən il 13,5 faizə düşüb.
Ölkədə ötən il 2,8 milyon avtomobil satılıb ki, bu da illik əsasda 1 faiz geriləmə deməkdir.
Elektromobillərin əksinə, benzin mühərrikli avtomobillərin satış həcmi 1,4 faiz artaraq 992 min ədədə yüksəlib. Hibrid modellərin satışında isə artım sıçrayışla baş verib: 12,7 faiz.
Elektromobil satışı ümumi Avropa üzrə aşağı düşüb. İttifaqa üzv 27 dövlətin 14-də noyabrda satışlar azalıb. Elektrik dartılı texnikanın bazar payı 16,3 faizdən 15 faizə düşüb. Potensial müştərilər gözləmə mövqeyindədir. Avropa Avtomobil istehsalçıları Assosiasiyasının prezidenti Lua de Meo bildirib ki, “bir çox potensial müştəri subsidiyaların bərpası ümidi ilə elektromobil almağıl təxirə salır. Bu da istehsalçılar üçün əlavə risk faktorudur”.
Alman avtomobil istehsalçılarına mane olan amillərin başında Avropada ümumi iqtisadi gerikləmə dayanır. Bundan başqa, inflyasiya, maya dəyərinin artması və Çinlə rəqabət də istehsalçıların işini çətinləşdirir. Proqnoza gəlincə, bu il iqtisadçılar Almaniyada 2 milyon 850 min avtomobil satışı gözləyirlər.
Vüqar Yaşaroğlu
Rusların əfsanəvi avtomobili yeni dizaynda - FOTO
"BYD" işlənmiş avtomobillərin satışını bloklayır
Avropa avtomobillərinə rüsum tətbiqi təxirə salındı
Sovet Azərbaycanında müharibə dövrünün nömrə nişanları - FOTOLAR
Rusların uğursuz analoqları - FOTO
Hibrid avtomobil: Qazanc, yoxsa zərər?
Ən çox hansı şirkətlərin avtomobilləri geri çağrılır? - STATİSTİKA
Bu ölkədə sürücüsüz avtomobillər də CƏRİMƏLƏNƏCƏK - YENİ QAYDA
Sovet adamlarının avtomobilə baxışını dəyişdirən tarix
Antik avtomobillər bahalaşır – SƏBƏB - FOTOLAR
Bu şirkət Cənubi Koreya bazarını 2026-cı ildə bağlayacaq - RƏSMİ








