"Alpine" hidrogen superkarını hazırlayıb
Alpine şirkəti və Avropa Dizayn İnstitutu IED (Istituto Europeo di Design) yeni A4810 adlı yeni konsept avtomobilini təqdim edəcəklərini bildiriblər. Bu konsept Alpine markasının gələcək sportkarlarının dizaynını nümayiş etdirməlidir. Konseptin debütü 18 martda baş tutacaqdır.
Yeni layihədə nəqliyyat dizaynı üzrə magistratura təhsili alan 28 tələbə iştirak edib. Özü də, gələcək mütəxəssislərin seçilməsində Alpine şirkətinin dizayn studiyası birbaşa iştirak edib. Studiya tələbələrlə birlikdə hidrogen güc qurğusu ilə təchiz edilimiş aqressiv ikiyerli superkarı yaratmağa müvəffəq olub. IED nümayəndələri A4810 konseptinin “gələcəyin ən texnoloji və ən dayanıqlıqlı ekstremal idman avtomobilinin” olduğunu iddia edirlər.
Hidrogen güc qurğusu təsadüfən seçilməyib, çünki son zamanlar Renault konserni hidrogen qurğular üzərində aktiv şəkildə çalışır. Fransız istehsalçısı artqı hidrogen yanacaq elementləri ilə çalışan güc qurğuları olan yüngül kommersiya avtomobillərini təklif edir. Bir müddət bundan əvvəl isə, may ayında hidrogen mühərrikli konseptin debüt edəcəyi bildirilib.
A4810 prototipinin gələcək taleyi barədə bir məlumat yoxdur, lakin onun cüzi olsa da, seriyaya getmə şansı da var. Digər tərəfdən əvvəlki IED konseptlərinin taleyi hidrogen superkarınin effektiv konsept kimi qalacağından xəbər verir.
autograph.az
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”












