"Aplina" şirkəti "B4 Gran Coupe" modelinin növbəti tizerini dərc edib
Artıq xəbər verdiyimiz kimi,2025-ci ilin sonunda Alpina markası BMW Group konserninin mülkiyyətinə keçəcəkdir. Hələlik isə, Buxloedə yerləşən şirkət müstəqil şəkildə sportkarların istehsalı ilə məşğul olmağa davam edir və 2026-cı ilə qədər bir neçə yeni modeli təqdim etmək niyyətindədir. Bir müddət bundan öncə, Alpina şirkəti belə modellərdən birinin tizerini dərc etmişdi. Bu gün isə, şirkət yeni modelin növbəti tizerini yayaraq debüt tarixini açıqlayıb - 30 mart.
Birinci şəkildə yeni avtomobilin fənəri, yan tərəfindəki qızılı zolaqları, brendin emblemi və kiçik spoyleri olan arxa tərəfinin bir hissəsi nümayiş olunur. Dünən dərc edilən tizerdə isə, avtomobilin ön fənəri və diskinin bir hissəsi təsvir olunub. Bu barədə bir şey söylənilməsə də, şəkildəki avtomobilin 4 Series Gran Coupe modeli olduğunu bilirik. Alpina mütəxəssislərinin üzərində ilk dəfə çalışdğıı liftbek, böyük ehtimalla, B4 Gran Coupe adlandırılacaqdır.
Məlum olduğu kimi, BMW şirkəti M3 modelinə rəqib yaratmamaq üçün 4 Series Gran Coupe liftbekinin M versiyasını hazırlamaqdan imtina edib. Buna görə də, Alpina B4 Gran Coupe mövcud olmayan şəhər sportkarının əvəzi olacaqdır.
Çox güman ki, liftbek B3 ailəsindən alınmış 462 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 3,0-litrlik sıralı altısilindrli turbomühərrikə sahib olacaqdır. Belə mühərrikə malik olan Alpina B3 sedanı 100 km/saat həddini 3,8 saniyəyə toplayır və 303 km/saat maksimal sürət həddinə malikdir. Çox güman ki, liftbek də eyni dinamik göstəricilərə malik olacaqdır.
Alpina yeni modelin debüt tarixini açıqlamasa da, Buxloe istehsalçısının acı bağırsaq kimi uzanan tizer kampaniyasından istifadə etmədiyi məlumdur. Alpina B4 Gran Coupe modelinin təqdimatının bu gün keçirilməsi bir daha bu faktı təsdiqləyib.
autograph.az
Bu ilin 6 ən sərfəli elektrik avtomobili - Pul verməyə dəyər - SİYAHI
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO










