"Apple Car" istehsalı üçün 3,5 milyard dollar investisiya ayrıldı
Apple-ın elektrikli avtomobilinin premyerası 2024-cü ildə ola bilər.
Ötən gün Apple şirkətinin elektrikli avtomobil layihəsi ilə bağlı yeni detallar məlum oldu. Şirkətin avtomobili üçün Hyundai E-GMP platforması istifadə ediləcək və maşının yığımı Amerikanın KIA zavodunda həyata keçiriləcək. Bu gün isə həmin məlumatların təsdiqi barədə xəbərlər yayıldı.
Ted.az Koreya mənbələrinə istinadən xəbər verir ki, Apple elektrikli nəqliyyat vasitələri sahəsində əməkdaşlıq çərçivəsində KIA Motors-a 4 trilyon von, yəni, təxminən 3,5 milyard dollar sərmayə yatırır.
Əməkdaşlığın rəsmi olaraq 17 fevral tarixində elan ediləcəyi və Apple avtomobilinin premyerasının 2024-cü ildə baş vercəyi qeyd olunur. Maraqlıdır ki, dünənki xəbərlərdə Apple Car-ın 2025-ci ildə istifadəyə veriləcəyi deyilirdi. Avtomobil 2024-cü ilin ilk yarısında kağız üzərində təqdim ediləcəyi, bir il sonra isə satışa çıxarılacağı bildirilir.
Qeyd edək ki, Apple elektromobil istehsalı üçün Cənubi Koreyanın Hundai şirkəti ilə də əməkdaşlıqda maraqlıdır. Əməkdaşlığın detalları hələ tam razılaşdırılmayıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












