“Apple” “Hyundai” ilə birgə elektromobil istehsal edəcək

“Apple” şirkətinin ilk elektromobili “Apple Car” “Hyundai Motor”un “Electric Global Modular Platform” (E-GMP) platformuna əsasən istehsal olunacaq.
Avtosfer.az “MacRumors”a istinadən xəbər verir ki, bu barədə “TF İnternational Securities”in eksperti Minq-Çi Kuo məlumat verib.
Belə ki, dekabr ayında açıqlanmış “E-GMP” iki motorla təchiz edilib və birdəfəlik tam doldurma ilə 500 km məsafə qət etmək iqtidarındadır. 18 dəqiqəyə 80 faizlik doldurula bilən batareyalara sahib olan “E-GMP” 3,5 saniyə ərzində 60 mil/saat sürəti toplamaqla maksimum 160 mil/saat (250 rm/saat) sürətə malikdir. "Apple" isə pilotsuz idarəetmə üçün müvafiq avadanlıq və proqram təminatı hazırlayacaq.
KIA şirkətinin ABŞ-dakı müəssisəsində 2024-cü ildən buraxılması güman edilən “Apple Car”dan 2025-ci ilədək 1 milyonadək istehsal olunması nəzərdə tutulur.
“Apple” həmçinin ABŞ-ın GMC və Avropanın PSA kimi nüfuzlu avtomobil istehsalçıları ilə də əməkdaşlıq etməyi düşünür.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












