"Audi e-tron S Sportback" krossoveri yenilənəcək
Audi şirkəti elektrokarların İsveçin şimalında keçirilən testləri zamanı çəkilmiş videogörüntüləri yayımlayıb. Videoda yenilənmiş e-tron S Sportback modeli də nümayiş etdirilib: bu elektrokar digərlərindən ön və arxa tərəfdəki kamuflyaj örtüyü ilə seçilir. Kamuflyajın sayından və yerləşməsindən krossoverin eksteryerində ciddi dəyişikliklərin olacağı gözlənilmir. Böyük ehtimalla, hər şey yüngül feystliftinq ilə məhdudlaşacaqdır.
Audi e-tron modeli 2018-ci ildə satışa çıxarılıb, odur ki, elektrokarın plan üzrə yenilənməsinin vaxtı çatıb. Görüntülərdə dəyişikliklərin ön və arxa bamperə təsir etdiyini, habelə radiator barmaqlığının yerindəki bağlı panelin dizaynının dəyişdiyini görmək olar. Texniki hissədə də yeniliklər olmalıdır: təsdiq edilməmiş məlumatlara görə, yenilənmiş krossover artırılmış həcmi olan batareyanı alacaqdır. Bu, yürüş ehtiyatına müsbət təsir göstərməlidir.
Alman Automobilworche nəşri yenilənmə ilə birlikdə modelin adının dəyişdiriləcəyini birldirib. Yenilənmiş model Q8 e-tron adlandırılacaq və Q8 ailəsinin üzvü olacaqdır. Qeyd etmək lazımdır ki, Audi markasının model xəttində Q4 e-tron modeli var və Q6 e-tron modeli təqdim olunmalıdır. Odur ki, yenilənmiş elektrik krossoverinin Q8 e-tron adlandırılacağı məntiqli görünür. Yenilənmiş krossoverin təqdimatı 2022-ci ilin ikinci rübündə baş tutmalıdır.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












