Avropada avtomobil satışı 30 illik minimuma enib

2021-ci ildə Avropada 9.7 milyon ədəd yeni avtomobil satılıb. Bu, 1990-cı ildən sonra ən ciddi geriləmədir.
APA-nın xəbərinə görə, bu məlumat Avropa Avtomobil Federasiyaları Assosiasiyasının ötən ilə dair hesabatında yer alır. Sənəddə göstərilir ki, avtomobil sənayesinin böhran keçirdiyi 1993 və 2013-cü illərdə belə satış daha çox olub.
Qitədə satışlar 6 aydır ardıcıl olaraq geriləyir. Satışların azalması özünü Avropa avtomobil sənayesinin özəyi olan Almaniyada daha ciddi göstərib. İl ərzində 2.6 milyon ədəd təzə avtomobil satılıb ki, bu da illik əsasda 10% geriləmə deməkdir.
Benelüks ölkələrində də azalma böyük rəqəmlərlə ifadə olunur. Bəzi ölkələrdə isə 2020-ci illə müqayisədə nisbi canlanma müşahidə olunur: Satışlar Fransada 0,5, İspaniyada 1, İtaliyada 5% artıb.
Şirkətlər üzrə satışlar da ciddi geriləyib. Qitənin ən böyük istehsalçısı olan “Volkswagen” qrupun satışlarında 4,8% kiçilmə qeydə alınıb. “Renault”nun satışları 10,8, “Stelantis” qrupunun isə 2,1% geriləyib.
Maraqlıdır ki, asiyalı istehsalçıların köhnə qitədə satışları davamlı şəkildə artır. İl ərzində “Toyota”nın satışları 9, Hunday-Kia qrupunun isə 18% artıb.
Satışlarının geriləməsi həm də istehsalın azalması ilə izah olunur. Sonuncunun səbəbi təchizat zəncirinin pozulması nəticəsində yaranan detal qıtlığıdır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












