Avropada bu il 10,5 milyon yeni avtomobil satılacaq

Cari ildə Avropa İttifaqına (Aİ) üzv ölkələrdə 10,5 milyon yeni minik avtomobilinin satılacağı gözlənilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) məlumat yayıb.
Bildirilir ki, keçən il Avropada COVID-19 epidemiyası və çip böhranı səbəbindən azalan avtomobil satışları 2022-ci ildə də epidemiyadan əvvəlki səviyyədən aşağı olacaq. Çip tədarükünün stabilləşməsi ilə Avropa İttifaqında yeni minik avtomobillərinin satışları cari ildə 8 faiz artaraq 10,5 milyona çatacaq. Lakin 2022-ci ildə yeni avtomobillərin satış ilə bağlı rəqəm COVID-19 epidemiyasından əvvəlki - 2019-cu ildəki göstəricidən 20 faiz aşağı olacaq.
Tədarük problemlərinə baxmayaraq, Avropa İttifaqında satılan hər 5 yeni avtomobildən təxminən birinin elektrikli nəqliyyat vasitəsi olduğu qeyd edilib. 2017-2021-ci illərdə Aİ-də elektriklə işləyən avtomobillərin satışı 10 dəfədən çox, enerji doldurma məntəqələrinin sayı isə 2,5 dəfə artıb.
Xatırladaq ki, Avropa İttifaqı ölkələrində epidemiyadan əvvəl - 2019-cu ildə 13 milyon ədədi ötən avtomobil satışları 2020-ci ildə 9,9 milyona, 2021-ci ildə isə 9,7 milyona geriləyib.
AZƏRTAC
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”












