Reklam

Avropada ictimai nəqliyyat: Bu ölkələrdə gediş haqqı neçəyədir?

Avtodünya 22 Mart 2022 22:56 Oxunub 3014
Avropada ictimai nəqliyyat:  Bu ölkələrdə gediş haqqı neçəyədir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müharibə başlayandan bir çox Avropa ölkələri Ukraynadan olan qaçqınlara yardım edir. Xüsusilə, Polşa, Macarıstan, Çexiya, Slovakiya, Almaniya, Avstriya, Hollandiya və bir sıra digər ölkələrdə Ukrayna pasportunuz varsa, qatarla pulsuz səyahət edə bilərsiniz.

Avtosfer.az məşhur Avropa ölkələrində ictimai nəqliyyatla gediş haqqı ilə bağlı vəziyyəti təqdim edir.

 

Polşa

 

Hər bir şəhərin ictimai nəqliyyatında öz gediş haqqı var, lakin sistem hər yerdə eynidir. Polşada bir neçə növ bilet var - köçürmə imkanı ilə birdəfəlik, müəyyən müddətə, bir gün üçün və səyahət kartları. Tramvay, avtobus, metro və şəhər qatarlarından istifadə edə bilərsiniz.

Məsələn, Varşavada biletlər aşağıdakı tariflərlə satılır:

 

• 20 dəqiqə üçün - 3,4 zlot (1,38 manat);

 

• 75 dəqiqə üçün - 4,4 zlot (1,73 manat);

 

• 90 dəqiqə üçün - 7 zlot (2,77 manat);

 

• sutkalıq – 15 zlot (5,94 manat) və ya 26 zlot (10,32 manat);

 

• 3 sutka üçün - 36 zlot (14,3 manat) və ya 57 zlot (22,66 manat);

• həftə sonu üçün - 24 zlot (9,57 manat).

 

Səyahət kartları da var, məsələn, varşavalılar üçün kart. Onu 30, yaxud 90 gün, hətta müxtəlif opsionlarla 110- gün müddətinə 600 zlota (43,83 – 236,43 manata), yaxud güzəştlilər üçün endirimlə almaq olar.

Çox uşaqlı ailələr və pensiyaçılar üçün 50-100 zlot (19,89 – 39,79 manat) üçün illik abunələr var. Baqaj və heyvanların daşınması pulsuzdur.

Çexiya

Polşadakına oxşar tarif Çexiyada da keçərlidir, lakin öz nüansları ilə. Burada 15 yaşdan 60 yaşa qədər sərnişinlər böyük hesab olunurlar. Onlar üçün şəhərdə bütün ictimai nəqliyyat növlərinə biletlər təklif olunur:

 

• 30 dəqiqə üçün - 30 kron (2,31 manat);

 

• 90 dəqiqə üçün - 40 kron (2,99 manat qrivna);

• sutkalıq - 120 kron (9,1 manat);

 

• 3 sutkalıq - 330 kron (24,99 manat).

 

Çexiyada həmçinin 30, 90 gün və ya bir il müddətinə səyahət kartları satırlar. Qiyməti 550, 1480 və 3650 kron (725, 1948 və 276,72 manat) təşkil edir.

Heyvan və ya baqajla səyahət üçün 20 kron (1,5 manat) ödəməlisiniz.

Slovakiya

Slovakiyada da biletləri də sürücü satmır və vaxta uyğun olaraq hesablanır. Avtobuslar, tramvaylar və trolleybuslar üçün birdəfəlik, gündəlik, həmçinin səyahət biletləri var.

Səfərin zonalaşdırılmasına (2 zonadan və ya daha çox) və vaxta (30 ilə 180 dəqiqə) görə, bir biletin qiyməti 0,9 və 4,1 avro (1,68 manat ilə 7,67 manat arasında dəyişir.

Sutkalıq biletin qiyməti 4 avro (7,48 manat, 72 saat üçün - 9 avrodur (16,83 manat).

Bütün zonalar üçün sutkalıq bilet 6,9 avroya (12,9 manat) başa gəlir.

Tələbələr və təqaüdçülər üçün bütün növ biletlərə endirimlər nəzərdə tutulub, həmçinin mobil proqramda onlayn bilet almaq kağız formada olduğundan bir qədər ucuzdur.

Bundan əlavə, Slovakiyada müxtəlif növ səyahət biletləri var. 7 gün üçün biletin qiyməti 12 avrodan (22,44 manat) başlayır. 30 gün üçün 30 avro (56,1 manat), 90 gün üçün 80 avro (149,6 manat) ödəmək lazımdır.

Hətta illik biletlər də var, dəyəri 200 avrodur (374 manat).

Baqaj üçün elektron formatda ayrıca 0,9 və ya 0,45 avro (1,68, yaxud 0,8415 manat) ödəməlisiniz.

Almaniya

Almaniyada ictimai nəqliyyatın bir neçə növü var, adi tramvay və metrodan (U-Bahn) əlavə, şəhərdaxili qatarlar (S-Bahn) və avtobuslar da var. Qiymətlər də bir qədər xüsusidir:

 

• ən yaxın 3 stansiyaya gediş üçün uyğun olan 4 səfər üçün biletin qiyməti 6 avrodur (11,22 manat);

• 3 dayanacaq üçün birdəfəlik bilet – 2 avro (3,74 manat);

 

• 2 saatlıq birdəfəlik bilet – 3 avro (5,61 manat);

 

• 2 saata qədər 4 səfər - 9,4 avro (17,58 manat);

 

• əlavə transfer bileti - 1,8 avro (3,37 manat);

 

• 24 saatlıq səyahət kartı - 8,8 avro (16,46 manat).

 

25 avro (46,75 manat) daxilində gündə 5 və ya daha çox adam üçün qrup biletlərinin müxtəlif variantları da mövcuddur. Eləcə də həftə sonu üçün 44 avroya (82,28 manat) səyahət kartları var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh