Avropada satılacaq "Honda Civic" modeli debüt edib
On birinci nəsil Honda Civic modeli təxminən bir il bundan əvvəl ABŞ-da debüt edib, Avropa bazarına isə, yeni model yalnız indi çıxır. İndi o, burada qonaqdır: keçən il Honda Avropa bazarı üçün Civic modelini istehsal edən Böyük Britaniya və Türkiyədəki zavodları bağlayıb və tamamilə idxala keçib.
Yeni Civic Avropaya Yaponiyadan gətiriləcəkdir - üstəlik, modelin modifikasiya çeşidi minimuma endirilib. Avropalılara yalnız hetçbek kuzovlu model təklif olunur - və yalnız yeni e:HEV hibrid versiyasında. Hibrid hetçbekin debütü yerli bazara girişlə üst-üstə düşüb.
Honda şirkəti Avropadakı model çeşidini elektrikləşdirməyə bir neçə il əvvəl başlayıb: Jazz, HR-V və CR-V modelləri artıq yerli bazarda yalnız hibrid versiyada satılırlar, ona görə də, yeni Honda Civic modeli də bu tendensiyanı davam etdirir. Onun hibrid e:HEV sistemi şirkətin digər benzin-elektrik modellərindəki kimidir - qurğu həm ardıcıl, həm də paralel rejimdə işləyə bilir.
Kapotun altında Atkinson qənaət dövrü ilə işləyən və 41 faizlik (rekord olmasa da) istilik səmərəliliyinə malik olan birbaşa püskürtməli yeni nəsil 2,0-litrlik atmosfer mühərriki yerləşir. Daxili yanma mühərriki ilə birlikdə iki elektrik mühərriki çalışır. Onlardan biri daxili yanma mühərrikinə qoşulur və generator rejimində işləyir, ikincisi isə ön təkərləri döndərir. Güc qurğusunun ümumi hasilatı 184 at qüvvəsi və 315 Nm fırlanma anıdır.
Adi halda hibrid elektrik dartması ilə hərəkət edir: daxili yanma mühərriki litium-ion dartma batareyasını doldurmaq üçün generator rejimində çalışır, amma yüksək sürətlə hərəkət zamanı elektrik mühərrikinin səmərəliliyi aşağı düşdükdə, mufta benzin mühərrikini birbaşa təkərlərə bağlayır.
Burada ötürmələr qutusu yoxdur. WLTP dövrünə əsasən ortalama yanacaq sərfiyyatı 100 kilometrə 5,1 litrdən az olmalıdır. Hərəkət elektronikası Eco, Normal, Sport və fərdiləşdirilə bilən Individual rejiminə malikdir.
Qalan cəhətdən Avropada satılacaq Honda Civic e:HEV modeli digər bazarlarda təklif edilən benzin hetçbeklərdən demək olar ki, fərqlənmir.
Onun təkər bazası 2735 millimetrdir (əvvəlki modeldən 35 millimetr çox), hetçbek çoxqollu arxa asqısı olan şassiyə malikdir, modelin beşinci qapısı isə kompozitlərdən (polad çərçivəli) hazırlanır ki, bu da, avtomobilin çəkisini əvvəlki model ilə müqayisədə 20% azaltmağa və daha yığcam petlələr sayəsində arxa sərnişinlərin başı üzərindəki boşluğu artırmağa imkan verib.
Hibridin salonunun əsas xüsusiyyəti isə transmissiyanın adi dəstəyini əvəzləmiş düyməli selektordur. Avropada satılan Civic modeli 10,2-düymlük virtual cihazlar paneli (digər bazarlarda opsiyadır) ilə təklif edilir.
Media sistemi üçün iki seçim var - yeddi və ya doqquz düymlük sensorlu ekranı. Modelin standart təchizatına avtomatik əyləcləmə sistemini, adaptiv kruiz-kontrolu və digər köməkçiləri özündə birləşdirən Honda Sensing kompleksi daxildir.
Yeni nəsil Honda Civic hetçbeklərinin Avropadakı satışlarına payızda başlanılacaqdır. Qiymət cədvəli hələ açıqlanmayıb, lakin hibridin əvvəlki benzin modelindən xeyli baha olacağı aydındır. Hazırda əvvəlki nəsil hetçbekin satış qiyməti 21.300 avrodan başlayır.
Məsələn, hibrid güc qurğusu ilə təchiz edilən daha yığcam Honda Jazz modelinin qiyməti 22.850 avrodan başlayır. Şirkətin planına görə, Avropadakı model xəttində sırf benzin mühərriki ilə təchiz edilən Civic modeli yeni nəslinin debütü bu il baş tutacaq “qaynar” Civic Type-R hetçbeki olacaqdır.
autograph.az