Avtomobillər haqqında bilmədiyiniz maraqlı faktlar - FOTO

Bu gün sizin üçün xüsusi olaraq seçdiyimiz bu məqalədə avtomobillər haqqında heyrətamiz faktlar olacaq. Bu faktlar, demək olar ki, hər birimizi, eləcə də peşəkarları və avtomobil həvəskarlarını təəccübləndirə bilər. Avtomobil mahiyyət etibarı ilə dünyada ən populyar nəqliyyat növüdür. Fotoşəkillərlə birlikdə dərc etdiyimiz bu maraqlı faktlar böyük marağa səbəb olacaq. Elə isə başladıq:
1. Avtomobilin şüşə silənlərini ilk dəfə qadın icad edib.

2. Adambaşına düşən ən çox “Rolls-Royce” avtomobili Honq Konq şəhərindədir.

3. “Ferarri” avtomobil şirkəti gündə orta hesabla 14 avtomobil istehsal edir.

4. Bu zamana qədər satılan ən bahalı avtomobil 8.700.000 dollar dəyərində “Bugatti Rovale” olub.

5. Ən böyük və ən ağır limuzin “Midnight Rider” avtomobilidir.

6. Avtomobil üçün ilk radioqəbuledici 1929-cu ildə icad edilib.
![]()
7. Avtomobil hava yastıqları xilas etdiyi 22 insan həyatından birini öldürür.
8. Avtomobil sürücülərinin 56%-i avtomobilini ayda bir dəfə yuyur, 16%-i isə ümumiyyətlə avtomobilini yumur.

9. Çinin Şanxay şəhərində qırmızı avtomobillər qadağan edilib.

10. Avtomobil sürücüləri ovçulardan daha çox maral öldürürlər.

11. 1972-ci ildə avtomobillərin orta sürəti təxminən 96 km/saat idisə, 1982-ci ildə bu sürət 27 km/saata düşüb.

12. “60 saniyədə oğurlamaq” filmi sayəsində dünyanın ən tanınan avtomobillərindən biri “Ford Mustang GT-500” olub.

13. ABŞ-ın hər sakini üçün orta hesabla adambaşına 1 avtomobil düşür.

14. 15 dekabr 2010-cu ildə “Smart” avtomobilinə 19 nəfər sığışaraq oturub.
![]()
15. Sürət həddini keçdiyinə görə yazılmış olan ən yüksək cərimə, İsveçrədə 1milyon ABŞ dolları məbləğində olub.

16. Svetoforun qırmızı işığında dayanan hər bir sürücü həyatının təxminən 2 həftəsini avtomobildə keçirir.

17. ABŞ-da keçirilən ilk avtomobil yarışı 1895-ci ildə baş tutub. Avtomobillərin orta sürəti 115 km/saat olub.

Nərminə Əli
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












