Avtopilot rejimi etibarlıdırmı? - Burada iki problem var
Nəqliyyat vasitələrindəki avtopilot rejimi əksər sürücülər üçün can rahatlığı sayılsa da, düzgün istifadə edilmədikdə onu böyük təhlükə ilə üz-üzə qoyur. Rejimi tamamilə yeni formada inteqrasiya edən müasir avtomobl istehsalçıları belə, bu təhükədən qurtula bilmirlər. Məsələn, hələ 2018-ci ildə avtopilot rejimində hərəkət edən Tesla elektromobilinin iştirakı ilə qəza baş verib. Nəticədə nəqliyyat vasitələri güclü deformasiyaya uğrayıb, Tesla toqquşduğu polis avtomobilini yolun kənarına tullayaraq iki təkəri üstündə qalıb.
Bəs avtopilot rejimində maşın sürmək nə dərəcədə təhlükəlidir? Müasir tələblərə cavab verdiyi üçün bu qədər təhlükəni gözə alaraq rejimə etibar etməyə dəyər?
Mövzu ilə bağlı ted.az-a a danışan avtomobil üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, avtopilot və ya QuizControl avtomobil istehsalında qismən yeni texnologiya hesab edilir: “Artıq xeyli müddətdir, bu sistem komfortlu avtomobillərdə var. Əslində, olduqca yaxşı sistemdir, trasda hərəkət zamanı sürücünün işini yüngülləşdirir. Amma təəssüf ki, burada iki problem var. Biri sürücülərin QuizControl sistemini mükəmməl öyrənməməsi və ondan doğru istifadə edə bilməməsidir. İkinci problem isə Azərbaycanın yollarındakı özbaşınalıq, qarışıqlıqla bağlıdır. Sürücülər bu sistemi mükəmməl bilmədikləri üçün avtopilotdan lazımi qədər yararlana bilmirlər və hətta bəzən təhlükəli anlar yaşanır, qəzalarla nəticələnir. Digər tərəfdən yol nişanlarının çatışmazlığı, hətta trasda belə yolların qazılmış olması, işıqlandırılmaması, nahamar relyefin çoxluğu qəza şəraiti yaradır. Ona görə də azərbaycanlı sürücülər uzun məsafəli yollarda, traslarda bu avtopilot sistemindən demək olar, az istifadə edirlər”.
Mütəxəssis, həmçinin vurğulayıb ki, ümumilikdə bu sistem olduqca yaxşı və lazımlıdır: “Bunu bacaran sürüclərin istifadə etməsində problem yoxdur. Bu, bütün dünyada etibarlı texnologiya sayılır. Müasir avtomobil istehsalçıları sözügedən sistemi hər il daha da mükəmməlləşdirir, yeni funksiyalar əlavə edirlər. Vaxt keçdikdə QuizControl tamamilə pilotsuz avtomobil sisteminə çevriləcək. Artıq bu tendensiya mövcuddur və qarşıdakı onilliklərdə dünyanın bir çox ölkələrində maşınlar pilotsuz işləyəcək”.
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO












