“Avtovaz” iyunun 6-dan dördgünlük iş rejiminə keçəcək

Eelektron komponentlərin tədarükünün davam edən əhəmiyyətli çatışmazlığı ilə əlaqədar olaraq, Rusiyanın "Avtovaz" ASC 6 iyun 2022-ci il tarixindən Togliatti və İjevskdəki istehsal sahələrində üç ay müddətinə dörd günlük iş həftəsi tətbiq edəcəkdir.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Qeyd edilib ki, yeni iş rejimi bütün işçilərə şamil edilir. Şirkət həmçinin vurğulayıb ki, bu müddət ərzində işçilərin gəlir səviyyəsini saxlamaq üçün AvtoVAZ rəhbərliyi və Samara vilayətinin qubernatoru müvəqqəti və ictimai işlərin təşkili üçün vəsait ayrılması xahişi ilə Rusiya hökumətinə müraciət edib.
“Avtovaz”ın 40,8 min işçisi var.
Xəbər verdiyimiz kimi, Fransanın avtomobil istehsalçısı Renault Moskvadakı zavodunun işini dayandırıb və Avtovaz-dakı payının satışı ilə bağlı variantları araşdırır. Qeyd olunub ki, Renault Rusiyaya qarşı Avropa sanksiyaları çərçivəsində bütün tələblərə əməl edir, bu, xüsusilə onun istehsalı üçün yüksək texnologiyalı avadanlıq və komponentlərin tədarükünə qadağa qoyulmasını nəzərdə tutur. Daha sonra Avtovaz bildirib ki, yaxın aylarda bəzi Lada modellərinin xarici komponentlərdən daha az təsirlənəcək xüsusi versiyalarını buraxacaq.
Marja
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










