Azərbaycanda 42 ilin avtomobilini 1 milyon manata satırlar - VİDEO

Ağstafada yaşayan Valeh Abbasəliyev 1973-cü ildə istehsal edilən "Çayka" avtomobilini yenicə zavoddan çıxmış kimi qoruyub saxlayır. Dəfələrlə maşına yüksək qiymət təklif etsələr də, onu satmaq istəməyib. İndi isə fikrini dəyişib. Deyir əgər istəyən olsa 1 milyon manata sataram. "Çayka" və ya "Qaz 13". 42 il əvvəl istehsal edilən bu avtomobil Ağstafa sakini,66 yaşlı Valeh Abbasəliyev tərəfindən yenicə zavoddan çıxmış kimi qorunub saxlanılır.Qorki avtomobil zavadonun istehsalı olan bu maşın görənlərin diqqətini çəkir.Hətta onunla şəkil çəkdirənlər də olur.Avtomobili görən yol polisləri də bəzən marağını gizlədə bilmir.
Valeh Abbasəliyevin sözlərinə görə,dəfələrlə yüksək qiymət təklif etsələr də maşını satmaq istəməyib.Onu 1 milyon manata satmağı düşünür.
Avtomat sürət qutusuna malik "Qaz 13" geniş salonu ilə də diqqət çəkir. Salonda soyuducu və monitor da quraşdırılıb. Valeh Abbasəliyev maşını idarə etməyi özündən başqa yalnız oğluna həvalə edir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














