Reklam

Bentley Beyond 100 strategiyasına dəyişikliklər edib

Avtodünya 27 Yanvar 2022 16:29 Oxunub 1224
Bentley Beyond 100 strategiyasına dəyişikliklər edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2020-ci ilin payızında Bentley şirkəti 2030-cu ilə qədər elektromobillərin buraxılmasına tam keçidi nəzərdə tutan uzunmüddətli Beyond 100 strategiyasını təqdim etmişdi. Bu prosesin əsas mərhələləri hələlik nəzərdən keçirilməyib: ilk Bentley elektromobili 2025-ci ilin sonunda işıq üzü görməli, 2026-cı ildən başlayaraq isə, dəbdəbəli Britaniya markasının model cərgəsi yalnız qoşulan hibrid və elektrokarlardan ibarəıt olmalıdır. Lakin indi bu strategiyaya bəzi dəyişiklər və dəqiqləşdirmələr edilib.

Hazırda Bentley model cərgəsində yalnız iki qoşulan hibrid avtomobili var - bunlar V6 mühərrikinə əsaslanan hibrid güc qurğusu ilə təchiz edilən Bentayga Hybrid (modelin ümumi satışlarının 20 faizini təşkil edir) krossoveri və Flying Spur Hybrid (bazara yeni çıxıb) sedanıdır. Lakin bu il, Bentley şirkəti aralarında V8 mühərrikli güclü modifikasiyalar da olacaq beş hibrid modeli buraxmağı vəd edir. 2024-cü ilə bütün Bentley modellərinin hibrid versiyaları olacaqdır. Üstəlik, britaniyalılar W12 mühərrikindən imtina edəcəklər.

Bentley şirkəti tamölçülü elektromobilləri Audi və Porsche şirkətləri ilə birlikdə hazırlayacaq: üç markanın batareyalı avtomobilləri  unifikasiya edilmiş platformaya, qurğu və aqreqatlara sahib olacaqdırlar. Bununla belə, Bentley elektromobillərini Kryudakı tarixi zavodda istehsal edəcəklər. Bunun üçün, artıq müəssisənin genişmiqyaslı yenidən qurulmasına start verilib: zavodda ənənəvi konveyer əvəzinə yığılan avtomobilləri bir postdan digərinə daşıyacaq pilotsuz nəqliyyat vasitələri peyda olacaqlar. 

Belə yanaşma, binanı yenidən qurmadan yığma xətlərinin və postların sayını çevik şəkildə dəyişməyə imkan verəcəkdir. Bənzər prinsiplə, Daimler konserninin Mercedes-Benz S-Class və EQS modellərinin buraxıldığı Factory 56 zavodu da  işləyir. Bununla belə, Bentley əməkdaşlar ştatını saxlayacağını bildirib.

Bentley rəhbərliyi Britaniya markasının ilk elektromobili haqqında məlumatı  gizli saxlayır. Hətta, yeni istehsal sexinin dərc edilmiş renderində, üç il bundan öncə debüt etmiş Bentley EXP 100 GT konsepti təsvir olunub. Lakin Britaniya istehsalçısı hər il bir yeni avtomobili bazara çıxaracağını vəd edir. Bu isə, 2030-cu ilə mövcud olan benzin avtomobilləri çeşidini tam şəkildə əvəzləyəcək beş elektromobilin işıq üzü görəcəyinə işarə edir. Elektrikləşdirmə proqramına qoyulan sərmayənin məbləği 2,5 milyard funt sterlinq olacaqdır.

autograph

ŞƏRH YAZ
Ad

E-mail

Şərh