"Bentley" bu modeldən 80.000-ci nüsxəni buraxıb - FOTO

Bentley şirkətinin Kryudakı zavodunun konveyer xəttindən Continental GT modelinin 80.000-ci nüsxəsi çıxıb.
Bentley şirkəti Continental GT ailəsinin tirajının 80.000 ədədə çatdığını elan edib. 18 illik istehsal tarixi ərzində model iki dəfə nəslini dəyişdirməyi bacarıb: 2018-ci ildən bu günə qədər Continental GT modelinin üçüncü nəsli istehsal olunur. 2003-cü ildə 6,0-litrlik W12 mühərriki və tam ötürmə ilə təchiz edilən kupe Volkswagen qrupu ilə birlikdə hazırlanmış ilk Bentley modeli olub. 80.000-ci Continental GT kupesi 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz olunub və Orange Flame parlaq narıncı rənginə boyanıb.
Bentley şirkətindən 18 il ərzində mühəndislərin Continental GT modelinin tullantılarını 48% azaltmağa müvəffəq olduqlarını, istehsal gücünü isə 27% artırdıqlarını qeyd ediblər. Alıcılara modeli fərdiləşdirmək üçün 17 milyard rəng, tərtibat və döşəmə konfiqurasiyaları təklif olunur. Bentley şirkəti Kryudəki konveyer xəttindən çıxan ilk Continental GT modelinin hələ də istismarda olduğunu xatırladıb - avtomobil istehsalçıya məxsusdur. (Autograph)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO

















