Bir «Tesla» avtomobili 38 saniyəyə yığılır – ƏTRAFLI

«Tesla» elektronmobillərinin Şanxaydakı zavodu ildə 1 milyon avtomobil yığmağa qadirdir.
Avtosfer.az xəbər verir ki, Şanxaydakı zavod dünyada elektronmobillərin istehsalı üzrə ən güclü müəssisədir. Burada bir elektronmobilin yığılması cəmi 38 saniyə çəkir.
Zavoddan yayılan son kadrlar göstərir ki, «Tesla»nın Şanxaydakı qiqazavodu yüksək sürətlə işləyir. «Tesla»nın özü də 10 dəqiqəlik rolik buraxıb və burada 18 ədəd «Tesla Model Y» elektromobilinin yığıldığı göstərilir. Rolikdən məlum olur ki, bir maşının yığılması 34 saniyə çəkir. Başqa bir rolikdə isə göstərilir ki, «Tesla»nın başqa modelinin – «Tesla Model 3»ün yığılmasına cəmi 55 saniyə gedir.
Bu rəqəmləri zavodun istehsal gücü kimi qəbul edəndə Şanxaydakı zavod ildə 1,5 milyon maşın da buraxa bilər. Hazırda zavodun ərazisi genişləndirilir və indikindən 2 dəfə böyük olacaq.
2021-ci ildə «Tesla»nın Şanxaydakı zavodu 480 min avtomobil buraxıb. Bu «Tesla»nın bütün dünyada satdığı 960 min avtomobilin yarısı qədərdir
FED.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












