Birdəfəyə 1000 km-dən artıq yol gedən elektromobil - FOTO
Çinin avtomobil markası Seres Huawei-in DriveOne infrastrukturu ilə təchiz olunan yeni SF5 Free Expedition avtomobilini təqdim etdi.
Seres SF5 1000 kilometri aşan məsafədə dünyanın ən uzun mənzilli ilk kütləvi istehsal elektromobili kimi diqqət çəkir.
DriveOne Huawei-in mikro nəzarətçi, mühərrik, reduktor, DC konvertoru, bort şarj cihazı, güc paylama bölməsi və batareya nəzarət bölməsindən ibarət ilk elektrikli avtomobil infrastrukturunun adını daşıyır. 7 əsas komponentdən ibarət olan DriveOne texnologiyası sayəsində elektrikli avtomobillərin istehsalının asanlaşdırıldığını və istehsal xərclərinin azaldığı bildirilib.
Elektromobilin enerji sistemi benzinli avtomobillərlə müqayisədə yanacaq istehlakına 35%, hibrid texnologiyaya sahib avtomobillərə nisbətən 30% daha az ekvivalentdə yanacaq istehlakına imkan verir. SF5 tək yüklənmə ilə 1000 kilometri keçə bilər.
SF5 Free Expedition Edition, 820Nm fırlanma anı və 350 at gücünə sahibdir. Cəmi 4 saniyəyə 100 kilometrə qədər sürətlənir. Qara, qəhvəyi və qırmızı kimi 3 fərqli rəngdə satışa təqdim edilən SF5 259.800 yuan, təqribən 68 min manata təqdim edilib. (ted.az)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












