"BMW" M-in 50-illik yubileyinə həsr edilmiş emosional videoçarx hazırlanıb - VİDEO

Bu il BMW şirkəti M bölməsinin 50-illik yubileyini qeyd edir. Alman şirkəti bu əlamətdar tarixi qeyd etmək üçün geniş miqyaslı tədbirləri keçirməyi planlaşdırır. Bu gün İnternet şəbəkəsində brendin müxtəlif modellərinin – əfsanəvi və konseptual, yarış və mülki, benzin və elektrik avtomobillərinin “We are M” adlı videoçarx peyda olub.
Videogörüntülərdə yarım əsr bundan əvvəl M bölməsinin avtomobillərini bəzəyən qədim BMW M nişanını görmək olar. Yeri gəlmişkən, vintaj embelmi 2022-ci ildə sifariş edilmiş bütüm M avtomobilləri alacaqlar. Bu avtomobilləri mart ayından başlayaraq buraxacaqlar. Əlavə olaraq, alıcılar klassik qırmızı “İmola”, sarı “Dakar”, mavi “Makao” və sairə rənglərdə sifariş edə biləcəklər.
Videoçarxda, təəssüflər olsun ki, seriyaya getməyəcək Vision M Next modeli ötəri olaraq göstərilib. Onun əvəzinə dolayı yolla əfasanəvi M1 modelinin varisi olacaq XM krossoveri buraxılacaqdır. M krossoverinin istehsalına bu il başlanmalıdır.
Süjetdə 212 at qüvvəli M 1000 RR superbaykı haqqında da danışılır. Bu bayk S 1000 RR modelinin təkamülü olacaqdır. Bayk alüminium şassidə inşa edilib, lakin idarəolunmanın yaxşılaşdırılması üçün şassinin geometriyası dəyişdirilib. Baykın təchizatına karbondan hazırlanmış 17-düymlük təkər diskləri, aerodinamik komponentlər daxildir. Bundan başqa, bayk üçün beş hərəkət rejimi, dartmaya dinamik nəzarət sistemi, yoxuşda hərəkətə başlama köməkçisi, naviqasiya və 6,5-düymlük TFT displey nəzərdə tutulub.
autograph.az
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”












