Bu avtomobil eyni mühərrik və sürət qutusu ilə 2 milyon km qət edib - FOTO

Yeni zelandiyalı poçtalyon Qrem Hebleyin avtomobili bu günlərdə 2 milyon kilometri geridə qoyub. Avtosfer.az-ın xəbərinə görə, hər həftə təxminən 5000 km qət edən avtomobil bu gün də saz vəziyyətdədir. Hebley bunun səbəbini kameralara danışıb. Poçtalyon bildirib ki, 1993-cü ildə istehsal edilmiş “Toyota Corolla”nı 2000-ci ildə alanda avtomobil 80 000 km qət etmişdi.
Hebley reqlamentlə nəzərdə tutulan qulluqdan başqa, avtomobili ayda 2 dəfə servisə aparıb. Bu səbəbdən avtomobil bu müddətə saz vəziyyətdə qalıb.
2 milyon kilometri geridə qoymuş avtomobildə əsasən rezin hissələr və məsrəf materialları (təkər, filtr, şüşəsilən, lampa və s.) dəyişib. Qazpaylama qayışı 22 dəfə dəyişsə də, mühərrik, sürət qutusu və kuzov orijinaldır. Avtomobil alverçiləri demiş, “bez kraska, bez detal”.
Vüqar
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO













