Bu avtomobil modelini azərbaycanlı gənc hazırlayıb - VİDEO

Azərbaycanlı gənc Ramil Nəcəfov AZERANT adlı avtomobil modelinin dizaynını hazırlayıb və onu gələn il Bakıda keçiriləcək “Formula 1” yarışlarında təqdim etmək istəyir. Ramil 1992-ci ildə Şəki şəhərində anadan olub. Hazırda Türkiyənin Sparta şəhərində Süleyman Dəmirəl Universitetində dizayn ixtisası üzrə təhsil alır. Gənc dizayner ilk dəfə «BMW» modelinin yeni dizaynını hazırlayıb. Alman konserninin nümayəndələri azərbaycanlı dizaynerin eskizlərini bəyəniblər. Ramil konserndə işə qəbul olunmaq üçün CV göndərsə də, qarşısına Avropa təhsili almaq tələbi qoyulduğundan bu arzusunu reallaşdıra bilməyib.
Buna görə də Türkiyədə dizayn ixtisası üzrə qiyabi təhsil almağa qərar verib. Gənc dizayner söhbət zamanı bildirdi ki, öz eskizlərini “Audi”, “Mercedes” kimi avtomobil şirkətlərinə də göndərib.
Məşhur avtomobil şirkətləri onun eskizlərinə biganə qalmayıblar. Lakin müvafiq təhsilin və iş təcrübəsinin olmaması yenə də onun qarşısını kəsib.
Buna baxmayaraq, Ramil ruhdan düşməyib. Gələn il Bakıda keçiriləcək “Formula 1” yarışı onu yeni işlərə həvəsləndirib. Gənc dizayner müəllif hüququ almaq üçün AZERANT layihəsinin eskizini Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə təqdim edib. Onun ən böyük arzusu Azərbaycana məxsus avtomobil modelinin istehsalını reallaşdırmaqdır. ///AzərTac
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












