"Cadillac Le Mana" qayıdır
Cadillac, IMSA çempionatında da daxil olmaqla, avtomobil idmanında parlaq qələbələr əldə etmiş markalardan biridir. Lakin amerikan istehsalçısının çox iddialı planlara var və onları həyata keçirmək üçün, su və hava kimi, yeni sportprototipə ehtiyacı var. Artıq belə avtomobil üzərində çalışmalara başlanılıb: bu gün GTP bolidinin ilk təsviri və onun haqqında qısa videoçarx dərc edilib.
GTP indeksi Grand Touring Prototype kimi açıqlanır – bu adla LMH və LMDh siniflərini birləşdirən yarışlar kateqoriyası adlandırılıb. Amerikan brendi təkcə “Daytonada” deyil, həm də “Le Manın 24 saatı” marafonunda da yarışmağa hazırlaşır. Xatırladaq ki, Cadillac markası bu marafonda sonuncu dəfə 2001-ci ildə iştirak edib.
Cadillac şirkətinin eksteryer üzrə aparıcı dizayneri Kris Mikalauskas yeni sportprototipin V xəttindən olan mülki modellər də daxil olmaqla, firma dizayn cizgilərini alacağını söyləyib. O, trek avtomobilinin tanınan şaquli işıq texnikasına sahib olacağını da qeyd edib.
Təəssüflər olsun ki, sportprotipin güc qurğusu barədə təfərrüatlar açıqlanmayıb, lakin onun hibrid olacağı və 680 at qüvvəsi (reqlamentlə müəyyən edilir) hasil edəcəyi məlumdur. Sportprototip Cadillac Racing and Design bölməsi tərəfindən Dallara şassisində inşa ediləcəkdir. Güc qurğusu şirkətin mütəxəssisləri tərəfindən sıfırdan yaradılacaqdır.
Cadillac GTP sportprototipi 2023-cü ilin yanvar ayında keçiriləcək “Daytonanın 24 saatı” yarışında debüt edəcək, sonra isə Le Manda keçiriləcək sutkalıq marafona qatılacaqdır.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












