Deputatlar yerli istehsal olan maşınlardan narazı qalıb - BAHADIR

Ukrayna ilə müharibə başlayandan Rusiyada yerli avtomobilə keçid sürətlənib. Bu məqsədlə deputatlara, nazirlərə və digər məmurlara yerli istehsal olan xidməti avtomobillər təqdim edilir.
Avtosfer.az xəbər verir ki, xidməti avtomobil qismində Dumada komitə sədrlərinə “Aurus Senat”, sıravi deputatlara isə “Lada Aura” (uzun versiya) verilir. Məmurlar rus maşınlarını bəyənməsələr də, məlum səbəbdən bunu birbaşa dilə gətirə bilmirlər. Qiymət məsələsində isə irad tutmaq mümkündür.
Dumanın vitse spikeri Valdislav Davankov bu günlərdə bildirib: “Buna qədər məndə 400 min km yol qət etmiş BMW olub. Yolda olduğundan daha çox vaxtı servisdə keçirib. İndi hamımıza “Aurus” veriblər. Möhtəşəm avtomobildir! Rusiya istehsalı olması xüsusən gözəldir. Amma... Çox bahadır”.
Əslində rus məmurlar alman brendlərindən yerli markaya keçidi hər vəchlə gecikdirməyə çalışıblar. Maraqlı budur ki, məmurların bəyənmədiyi yerli maşınlar Almaniya və Cənubi Koreya brendlərindən daha bahadır.
Sözügedən BMW 30 milyon rubl (615 000 AZN), “Hyundai Genesis” 20 milyon rubl (415 000 manat) olduğu halda “Aurus”un ən ucuz versiyası 40 milyon rubldur (832 000 manat).
Bir neçə ay əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkoya “Aurus” avtomobili təklif edildikdə cavab çox sərt olmuşdu. Lukaşenko bu avtomobili almaq üçün şərt olaraq “Mercedes Maybach”dan daha üstün komfort və daha aşağı qiymət şərtini irəli sürmüşdü.
Sizcə, Rusiyada belə bir avtomobilin hazırlanması mümkündürmü? Cavab ritorikdir.
Vüqar Yaşaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












