DMC-12 modelinin varisinin tizeri dərc edilib - FOTO

Texasda yerləşən DeLorean Motor Company (DMC) və Italdesign studiyası yeni DeLorean DMC-12 modelinin tizerini nümayiş etdiriblər. Yeni modelin orijinal avtomobilin 40-cı ildönümü şərəfinə inşa edilmiş şou avtomobilinin olacağı, və yaxud amerikalıların sportkarın kiçik miqyaslı istehsalına başlamağa qərar verdikləri barədə hələlik dəqiq məlumat yoxdur.
DMC və Italdesign şirkətlərinin Fcebook sosial şəbəkəsində olan səhifələrindəki yazılardan (Corcetto Cucaro orijinal DMC-12 modelinin dizayn müəllifi idi) belə məlum olur ki, tizerin nəşri modelin ildönümünə təsadüf edir: əfsanəvi kupenin ilk nüsxəsi 40 il bundan əvvəl, daha dəqiq desək, 21 yanvar 1981-ci il tarixində İrlandiyadakı Danmarri zavodunu tərk edib. Sələfi kimi, yeni DeLorean modeli də “qağayı qanadı” qapılarılarına və ön hissəsidəki DMC embleminə sahib olacaqdır. Yaradıcıların bu atributlar ilə yanaşı, həm də modelin digər bir xüsusiyyətini - cilalanmış paslanmayan poladdan hazırlanmış kuzovunu da qoruyub saxladıqlarına ümid edirik.
Əgər DMC-12 modelinin mümkün varisi seriyaya gedərsə, onu istehsalı Texasda fəaliyyət göstərən DeLorean Motor Company tərəfindən aparılacaqdır. Şirkət, 1995-ci ildə ingilis avtomexaniki Stiven Vinn tərəfindən qurulub və vaxtı ilə Detroytda fəaliyyət göstərmiş DMC (1975-1982) ilə birbaşa əlaqəsi yoxdur. Vinn 1997-ci ildə, qalan hissələr ilə birlikdə markaya olan hüquqları satın alıb və orijinal avtomobillərin bərpası, istismarı və satışı ilə məşğul olub. Əlbəttə ki, onun sportkarın istehsalını bərpa etmək planları da var idi - ancaq ortaya çıxan çətinliklər,belə avtomobillərin sertifikatlaşdırılmasını sadələşdirən Low Volume Vehicle Manufacturing Act (LVVMA) qanununun qəbul edilməsi ilə aradan qaldırılıb.
Buna görə də, 2020-ci ilin yanvar ayında, DMC şirkəti yeni DMC-12 modelinin istehsalına 2021-ci ilin payızında başlayacağını elan etmişdi. Şayiələrə görə, kupe alman şirkəti tərəfindən hazırlanmış təkmilləşdirilmiş şassi və asqını, habelə fərqli mühərriki alacaqdır. Güc aqreqatı ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) texniki qaydalarının tələblərinə cavab verməlidir, çünki bu, LVVMA qanunun şərtlərindən biridir. Yeni mühərrikin, Toyota şirkətinin 300-400 at qüvvəsi arasında güc hasil edən 3,5-litrlik V6 mühərrikinin olduğu ehtimallar arasındadır. Bundan başqa, sportkarın elektrik mühərriki ilə də təchiz ediləcəyi söylənilirdi.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












