Dünyanın ən bahalı avtomobil kolleksiyaları - TOP 5 - FOTO - VİDEO

Avtomobil kolleksiyaçıları adətən imkanlı şəxslər olur ki, bunun da səbəbi məlumdur. Pul kolleksiyası toplayanlara kimsə köhnə sikkəni hədiyyə edə bilər. Lakin kiməsə antik avtomobil hədiyyə edilməsi nadir haldır.
Bununla belə, qarajında onlarla, hətta yüzlərlə avtomonil olan şəxslər də az deyil. İlk beşliyə düşməsə də, Lionel Messinin kolleksiyasının dəyəri 50 milyon dollardır. Məşhur futbolçu “Ferrari” həvəskarıdır.
Bundan başqa, Kristiano Ronaldo və Zlatan İbrahimoviçin kolleksiyaları Messidən geri qalmır.
Avtosfer.az-ın xəbərinə görə, TOP-5-də bu şəxslər yer alır:
5-ci yer dünyada “Porsche”nin ən böyük kolleksiyaçısı hesab edilən amerikalı aktyor Cerri Seinfeldə adddir. Onun qarajındakı bəzi avtombillərin qiyməti 1 milyon dollardan yuxarıdır. Kolleksiyanın ümumi dəyəri 100 milyon dollardır.
Dördüncü yeri də amerikalı aktyor tutur. Cey Leno əsasən “Mercedes” və “Ford” həvəskarıdır. Kolleksiyanınm qiyməti 150 milyon dollardır.
Üçüncü yer kanadalı keçmiş Formula-1 komandasının rəhbəri Laurens Strola aiddir. Strol dünyada “Ferrari”nin ən böyük kolleksiyaçılarından sayılır. Hərəkət edən varidatın dəyəri 185 milyon avrodur.
İkinci yer də yenə amerikalılar qərar tutur. Nyu-yorklu dizayner Ralf Lauren əsasən “Mercedes”, “Bentley” və “Ferrari” toplayır. Qarajdakı ən bahalı avtomobil 1938-ci il istehsalı olan “Bugatti”dir. Kolleksiyanın ümumi dəyəri 350 milyon dollardır.
Nəhayət, ilk yerdə Bruney sultanı Həsənəl Bulkiya dayanır. Bu kiçik neft ölkəsinin rəhbərinin qarajında təxminən 7 000 avtomobil var. Bunların arasında “Ferrari” və “Bentley” üstünlük təşkil edir. Sultanın gözqamaşdıran kolleksiyasının dəyəri təxminən 5 milyard dollardır. Kolleksiyadakı qızılla bəzənmiş “Rollce Royce”un dəyəri 3 milyon dollardır.
Vüqar Yaşaroğlu
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu
"Mazda" rotor mühərrikini yenidən dövriyyəyə qaytarır
Köhnə sürücülərin yol yoldaşı: Hitler kanistri - FOTO

































