Əfsanəvi DeLorean DMC-12 bu il elektromobil şəklində geri dönəcək - VİDEO

Demək olar 40 il bundan öncə məşhur “Back to the Future” film seriyasının ilk hissəsi işıq üzü görmüşdü. Bu film seriyası həmin vaxtlarda mübahisəli hesab edilmiş DeLorean DMC-12 avtomobilini əfsanəyə çevirmişdi. İndi isə heç gözlənilmədən DMC şirkəti elan edib ki, bu il əfsanəvi avtomobilin elektromühərrik ilə çalışan versiyası təqdim olunacaq. DeLorean Motor Company (DMC) brendi 10 ildən bir qədər çox müddət bundan öncə Texas ştatında yenidən işə salınmışdı. Yenidən işə salınmış brend 1981-1982-ci illərdə istehsal edilmiş DeLorean DMC-12 avtomobillərinin bərpası ilə məşğul olurdu. Stephen Wynne adlı mühəndis brendin ticarət nişanını və orijinal avtomobilin ehtiyat hissələrini əldə etmiş və avtomobilin kopyalarının istehsal edilməsi ilə məşğul olmağa başlamışdı.
ted.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












