Reklam

Elektrikli avtomobillərin evdə enerji yığmasına 16 milyard dollar xərclənəcək

Avtodünya 22 Fevral 2022 16:56 Oxunub 1400
Elektrikli avtomobillərin evdə enerji yığmasına 16 milyard dollar xərclənəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Juniper Research” Texnologiya Bazarı Araşdırma və Təhlil Şirkəti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, 2026-cı ilə qədər 35 milyon ev təsərrüfatında elektriklə işləyən avtomobillərin enerji yığmaları üçün cihaz quraşdırılacağı proqnozlaşdırılır.

Avtosfer.az xəbər verir ki, qlobal yüksək texnologiya sənayesinə tədqiqat, analitik xidmətlər, məsləhətlər verən və analitik hesabatlar hazırlayan "Juniper Research"in yeni araşdırmasına görə, evdə elektrik avtomobillərinin enerji yığmasına xərclənən vəsaitin 2026-cı ilə qədər qlobal miqyasda 16 milyard dolları ötəcəyi gözlənilir.

Qarşıdakı 5 ildə 400%-i keçəcək bu sürətli artım tempinin səbəbləri elektriklə işləyən nəqliyyat vasitələri üçün daha aşağı qiymət üstünlüyü və baha başa gələn, əlverişsiz ümumi doldurma şəbəkələrindən istifadə etmək əvəzinə bunun evdə daha rahat edilməsidir. Elektrikli avtomobillər üçün enerji yığma cihazlarını evdə quraşdıran istifadəçilərin 55%-i divara quraşdırılan cihazlardan, 45%-i isə plug-in cihazlarından istifadə edir.

2021-ci ildə cəmi 2 milyon olmuş məişət divar tipli enerji yığma cihazlarının syının 2026-cı ilə qədər 21 milyon ədədə çatacağı gözlənilir. "Ev üçün cihazlar alternativlərdən daha sərfəli və daha ucuzdur. Həm avtomobil istehsalçıları, həm də hökumətlər elektromobillərin evdə enerji yığması layihələrinin dəstəkləməkdədir"  - tədqiqatın müəlliflərindən Nick Maynard bildirib.

Məişət Elektrikli Avtomobil Enerji Yığma Cihazı Bazarı 2026-cı ilə qədər 5,5 milyard dollara çatacaq.

Tədqiqat ev cihazları bazarının 2021-ci ildə cəmi 1,8 milyard dollardan 2026-cı ildə 5,5 milyard dollara çatacağını proqnozlaşdırır. Hesabatda, evdə enerji toplama cihazı istehsalçılarının böyüməsini sürətləndirmək üçün avtomobil istehsalçıları ilə tərəfdaşlığa diqqət yetirmələrinin zəruriliyi vurğulanır.

Asiyada ev təsərrüfatları evdə elektrik enerjisi doldurma qurğusuna orta hesabla 678 dollar, Avropada orta hesabla 377 dollar, Şimali Amerikada isə 349 dollar xərcləyirlər.

Elektrikli avtomobillər(elektromobillər) üçün enerji yığan cihazın ən böyük satıcıları Tesla, Charge Point, ABB, Siemens və EO-dur.

Marja

ŞƏRH YAZ
Ad

E-mail

Şərh