"Ferrari Purosangue" modelinin kamuflyajsız şəkilləri peyda olub
The Supercar Blog saytı Ferrari Purosangue krossoverinin ilk şəkillərini əldə edib. Təsvirlərdən göründüyü kimi, Ferrari markasının ilk krossoveri Roma kupesinin üslubunda dizayna, dörd qapıya və karbonplastikdən təkər tağlarının genişləndiricilərinə malikdir. Krossoverin əsasını geniş mühərrik çeşidinin quraşdırılmasına imkan verən yeni platforma təşkil edir. Eyni zamanda, Ferrari Purosangue modeli tamamilə yeni salona və klirensi tənzimləməyə imkan verən asqıya malik olacaqdır.
Ferrari Purosangue modelinin önmühərrikli arxitekturada inşa olunacağı məlumdur. Onun əsas xüsusiyyətləri bazada yerləşdirilmiş mühərrik, transaxle sxemi üzrə quraşdırılmış preselektiv “robot” və klirensi tənzimləməyə imkan verən “mütərəqqi” asqı sistemi olacaqdır. Zahiri cəhətdən yeni model krossoverdən daha çox dördqapılı kupeyə bənzəyəcəkdir. Buna görə də, italyanlar krossover üçün xüsusi işarələnməni fikirləşiblər - Ferrari Utility Vehicle (FUV).
Maranellodan olan ilk krossoverin mühərrik çeşidi barədə məlumat verilməyib. Bəziləri Purosangue modelinin V12 atmosfer mühərriki ilə hərəkətə gələn son Ferrari avtomobilinin olacağını iddia edilər. Lakin italyan istehsalçısı krossoverin SF90 Stradale modelindən tanış olan hibrid güc qurğusunu alacağını bildiriblər ki, bu da reallığa daha yaxındır. Digər tərəfdən, Purosangue krossoverinin versiyalarından birinin Ferrari 296 GTB berlinettasından götürülmüş altısilindrli mühərrik ilə təchiz ediləcəyi də istisna olunmur.
Ferrari Purosangue modeli bu ilin sonuna qədər debüt etməlidir. Əgər İtalyan markasının ilk krossoveri SF90 Stradale modelinin 780 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən hibrid güc qurğusunu alarsa, o zaman onun əsas rəqibi Aston Martin şirkətinin “bərkgedən” DBX707 krossoveri olacaqdır. Xatırladaq ki, Aston Martin DBX707 modelinin 4,0-litrlik biturbomühərriki 707 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










